Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 96 saylı binanın qəzalı vəziyyətdə olan eyvanları təmir edilir.
30 oktyabr 2025 | 16:03
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində, hazırda Mərdanov Qardaşları küçəsi 96 saylı binanın qəzalı vəziyyətdə olan eyvanlarında təmir işləri aparılır.






