Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Mir Cəlal 42 saylı binada abadlıq və yenidənqurma işlərinə başlanılıb

19 iyul 2022 | 09:47

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Mir Cəlal 42 saylı ümumi yaşayış binasının  fasadının bərpası, rənglənməsi, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, dam örtüyünün əsaslı təmiri  işlərinə başlanılıb.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq - oyun elementlərinin  quraşdırılması işləri də nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər