Nəsimi rayonu Mir Cəlal 42 saylı binada yenidənqurma işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Mir Cəlal 42 saylı ümumi yaşayış binasının fasadının bərpası, rənglənməsi, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, dam örtüyünün əsaslı təmir işləri davam edir.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementlərinin quraşdırılması və bina sakinlərinin avtomobillərinin saxlanılması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.