Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Mir Cəlal 42 saylı ünvanda abadlıq işləri davam etdirilir.

16 avqust 2022 | 10:35

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq ümumi yaşayış binasının  fasadının bərpası, rənglənməsi, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, dam örtüyünün əsaslı təmir işləri davam edir.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementlərinin  quraşdırılması və bina sakinlərinin avtomobillərinin saxlanılması üçün  xüsusi yerlərin ayrılması nəzərdə tutulub.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov Mir Cəlal 42 saylı ünvanda olarkən, əsaslı təmir işləri ilə tanış oldu, sakinləri narahat edən məsələlərlə maraqlanaraq, işlərin keyfiyyətlə həyata keçirilməsi üçün məsul şəxslərə müvafiq tövsiyylər verdi.

Keçidlər