Nəsimi rayonu Mir Cəlal 42 saylı ünvanda abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq ümumi yaşayış binanın fasadının bərpası, rənglənməsi işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, dam örtüyü əsaslı təmir olunub. Binanın qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri aparılır.
Binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, qanunsuz çəpərlənmiş sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilib, həyətlərdə torpaq işləri görülüb, bardürlərın və tamet daşlarının vurulması işləri aparılır, yeni işiqlandırma sistemi çəkilməsi nəzərdə tutulub.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementlərinin quraşdırılması və bina sakinlərinin avtomobillərinin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri davam etdirilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam edir.