Nəsimi rayonu Mirəli Qaşqay 24 saylı binada abadlıq-qurculuq işləri aparılmışdır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 24 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb.
Binanın dam örtüyündə əsaslı təmir-bərpa işləri aparılıb, yağış suları axıdan boru ve navalçalar dəyişdirilib, qəzalı vəziyyətdə olan bütün eyvanlar sökülərək beton konstruksiya ilə yenidən bərpa olunub, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Eyni zamanda binanın qarşısında Abbas Zamanov küçəsində əsaslı təmir işləri aparılıb, yeni piyada səkiləri yaradılaraq bardürlər və tamet daşları vurulub.
Qeyd edək ki, binanın qarşısında yaşıllıq zolaqlarının salınması və həmişəyaşıl dekorativ ağaçların əkilməsi işləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.