Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Mirəli Qaşqay 24 saylı binada təmir bərpa işləri aparılır.

04 iyul 2022 | 10:36

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonu Mirəli Qaşqay 24 saylı  ümumi yaşayış binanın fasadının bərpası və rənglənməsi, eyni zamanda istismar müddəti başa çatmış beton eyvan konstruksiyalarının sökülərək yenidən bərpa olunması, dam örtüyünün əsaslı təmiri, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər