Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Mirzə Ağa Əliyev küçəsi boyu binaların fasadlarında təmir-bərpa işləri aparılır

23 iyul 2024 | 10:39

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən yerlərdə təmir-barpa işlərinin  dahada intensiv aparılması davam etdirilir.

Nəsimi rayonu  Mirzə Ağa Əliyev küçəsi boyu yaşayış və qeyri-yaşayış binaların fasadlarında təmir-bərpa işləri aparılır. Görülmüş işlər çərçivəsində bu ünvanda şəhərin ümumi görünüşünə xələl gətirən elementlər sökülərək fasadlarda rənglənmə işləri aparılır. Eyni zamanda küçə boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəz olunur, hasarların bərpası və yeni asfalt örtüyünün vurulması işləri də nəzərdə tutulubdur.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər