Nəsimi rayonu Moskva pr. 68, 72 saylı ünvanlarında abadlıq və quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Moskva prospekti 68 və 72 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir. Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb.
Qeyd edək ki, ümumi yaşayış binaların fasadının və dam örtüyünün əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub, binanın giriş pilləkənləri aqlay daşla üzlənilib. Hal hazırda binaların həyətində torpaq və yaşıllıq işləri görülür, istinad divarları hörülür, bardurlər düzülür.
Həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması işləri aparılır. Eyni zamanda həyətə yeni tamet-bardur daşlarının, asfalt, qazon örtüyünün vurulması, yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, mühafizə kameralarının quraşdırılması, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.