Nəsimi rayonu Moskva prospekti 66 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 66 saylı binada abadlıq quruculuq işlərinə başlanılıb.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 66 saylı ünvanın həyətyanı sahəsində abadlıq işlərinin aparılması, ümumi yaşayış binanın fasadının və dam örtüyünün əsaslı təmir olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri nəzərdə tutulmuşdur.
Eyni zamanda binanın giriş pilləkənlərinin təmir olunması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, həyətdə tamet bardur daşlarının vurulması, yaşıllaşdırma işlərinin görülməsi, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi işləri də nəzərdə tutulubdur.
Qeyd edək ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin quraşdırılması da nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.