Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Moskva prospekti 68 və 72 saylı ünvanlarda abadlıq-quruculuq işlərinə başlanılıb.

25 sentyabr 2023 | 12:47

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Moskva prospekti 68 və 72 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb.

 Qeyd edək ki,   nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binaların  giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması  işləri nəzərdə tutulubdur.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması, yeni tamet-bardur  daşlarının,  asfalt örtüyünün və qazon örtüyünün vurulması, həyətə yeni su və işıqlandırma sistemlərinin  çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri də  nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər