Nəsimi rayonu Moskva prospekti 72 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 72 saylı binada abadlıq quruculuq aparılır.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 72 saylı ünvanda yerləşən yaşayış binasının fasadının və dam örtüyünün əsaslı təmiri, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binanın giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, giriş pilləkənlərinin aqlay daşla üzlənilməsi işləri yekunlaşıb. Həyətyanı sahədə istinad divarları hörülüb, aqlay daşla üzlənilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah, oturacaqlar və müxtəlif növ idman qurğuları, uşaq-oyun elementləri quraşdırılıb. Eyni zamanda həyətdə kiçik tullantılar üçün urnalar qoyulub.
Qeyd edək ki, hal-hazırda həyətdə torpaq işləri görülür, tamet bardur daşları vurulur, işıqlandırma və suvarma sisteminin çəkilməsi işləri aparılır.
Eyni zamanda həyətə yeni asafalt örtüyünün vurulması, yaşıllıqların salınması, təhlükəsizlik kameralarının quraşdırılması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.