Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Moskva prospekti 72 saylı ünvanda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

09 fevral 2024 | 10:13

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 72   saylı binada abadlıq quruculuq aparılır.

Hazırlanmış  layihəyə uyğun olaraq Moskva prospekti 72 saylı ünvanda yerləşən yaşayış binasının fasadının və dam örtüyünün əsaslı təmiri, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binanın  giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, giriş pilləkənlərinin aqlay daşla üzlənilməsi işləri yekunlaşıb. Həyətyanı sahədə istinad divarları hörülüb, aqlay daşla üzlənilib. 

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah,  oturacaqlar və müxtəlif növ idman qurğuları, uşaq-oyun elementləri quraşdırılıb. Eyni zamanda həyətdə kiçik tullantılar üçün urnalar qoyulub, tamet bardur daşları vurulub, işıqlandırma və suvarma sistemlərinin çəkilməsi işləri aparılıb.

Qeyd edək ki, hal-hazırda həyətdə  torpaq, asfalt və yaşıllaşdırma işləri görülür,.  Eyni zamanda təhlükəsizlik kameralarının quraşdırılması  işləri də nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər