Nəsimi rayonu Moskva prospekti 72 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 72 saylı binada abadlıq quruculuq işlərinə başlanılıb.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 72 saylı ünvanın həyətyanı sahəsində abadlıq işlərinin aparılması, ümumi yaşayış binanın fasadının və dam örtüyünün əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçaların dəyişdirilib.
Eyni zamanda binanın giriş pilləkənlərinin təmiri, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işləri aparılır. Hal-hazırda binanın dam örtüyündə təmir bərpa işləri aparılır.
Qeyd edək ki, həyətdə tamet bardur daşlarının vurulması, asfalt örtüyünün vurulması, yaşıllaşdırma işlərinin görülməsi, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin quraşdırılması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.