Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu N.Şahbazov küçəsi 36 ünvanında başlanılmış asfaltlaşma işləri başa çatdırılıb.

13 yanvar 2023 | 10:56

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Natiq Şahbazov küçəsi 36 ünvanında yaşayan sakinlərin Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi Bələdiyyəsinə etdikləri müraciətləri nəzərə alınaraq N.Şahbazov küçəsi 36 saylı ünvanında yararsız vəziyyətə düşmüş məhəllədaxili yolun asfaltlaşması işləri Nəsimi Bələdiyyəsi tərəfindən icra olunaraq başa çatdırılmış, ərazidə abadlıq işləri aparılmış, səkilərdə aparılan bərpa işləri yekunlaşmışdır. Görülmüş işlər nəticəsində ümumi sahəsi 1400 kv.m olan məhəllədaxili yola yeni asfalt örtüyü vurulmuşdur.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər