Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Səməd Vurğun 112 ünvanında asfaltlaşma işləri tamamlanıb.

04 may 2023 | 10:20

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq həyətdə qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib. Binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib-bərpa olunub  və rənglənmə işləri aparılıb. Binanın giriş qapıları təmir edilib. Yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Yeni işıqlandırma  və suvarma sistemi çəkilib, həyətdə  yerləşən fontan  yenidən təmir olunaraq işlək vəziyyətinə gətirilib.

Binanın həyətində abadlıq işləri davam edir. Həyətdə tamet daşları və bardürlərin düzülməsi işləri aparılıb.  Eyni zamanda həyətdə uşaq-oyun elementlərinin, söhbətgah və oturacaqların quraşdırılması, yaşıllaşdırma işlərinin aparılması, qazon örtyünün vurulması işləri yekunlaşmaq üzrədir.

Binanın həyətində yeni asfalt örtüyünün vurulması işləri tamamlanıb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər