Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu S.Rüstəm, H. Vəzirov, Bakıxanov və M. Cəlal küçələrində təmir-bərpa işləri aparılıb

22 avqust 2023 | 12:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonu S.Rüstəm, H. Vəzirov, Bakıxanov və M. Cəlal küçələrində   əhalinin asudə vaxtlarının səmərəli keçirdiyi mövcud parklarda eyni zamanda  ayrı-ayrı ünvanlarda, piyada yollarında əsaslı təmir və bərpa işləri aparılıb.  

Aparılan təmir-bərpa  işləri zamanı bu ünvanlarda,  piyadaların hərəkəti olan yollarda   yarasız vəziyyətdə düşmüş tamet və aqlay daşları bərpa olunub, eyni zamanda parklarda uşaq - oyun elementlərinin sıradan çıxmış hissələri təmir olunub, mövcud yaşıllıqlara qulluq göstərilib, təmizlik işləri aparılıb.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər