Nəsimi rayonu Süleyman Rüstəm 55 saylı ünvanda abadlıq və yenidənqurma işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Süleyman Rüstəm 55 saylı ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz edilib. Binanın giriş blokları, qəfəsləri təmir edilərək, pilləkənləri aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.
Qeyd edək ki, binanın həyətində abadlıq işlərinin aparılması nəzərdə tutulub və bu istiqamətdə işlər davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.