Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Xətai prospekti 42 saylı ünvanda yeni piyada səkisi yaradılıb.

24 aprel 2024 | 10:02

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon ərazisində Xətai prospekti 42 saylı ünvanda  piyadaların hərəkəti üçün yeni  səki yaradılıb.  

Görülmüş işlər çərçivəsində piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması, eyni zamanda piyadaların hərəkətinə maneə yaradan elementlərin ləğv edilməsi istiqamətində işlər aparılmışdır.

Eyni zamanda rayonun digər ünvanlarında da aparılan təmir işləri zamanı yararsız vəyyətə düşmüş səkilərdə-pilləkənlərdə təmir-bərpa işləri aparılır, piyada səkilərinə yeni tamet daşları vurulur, bardürlər düzülür. Qeyd edək ki, piyadaların rahat hərəkətinin təmin edilməsi üçün müəyyən hissələrdə  səkilərin genişləndirilməsi işləri  də aparılıb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər