Nəsimi rayonu Xətai prospektində yerləşən parkda cari təmir işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Qeyd edək ki, aparılan abadlıq və cari təmir işləri zamanı Nəsmi rayonu Xətai prospekti 40 saylı ünvanda yerləşən parkda yaşıllıqlara aqrotexniki qulluq göstərilib, işıqlandırma sistemində təmir işləri aparılmışdır. Təmir zamanı yarasız vəziyyətdə olan səkilərdə tamet və aqlay daşları bərpa olunub, oturacaqlar təmir edilərək rənglənmişdir. Eyni zamanda parka yeni oturacaqlar, kiçik tutumlu tullantı qabları əlavə olunmuşdur.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.