Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonuda qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülüb.

02 dekabr 2023 | 11:54

Nəsimi rayonunda qış mövsümünə hazırlıq tədbirləri davam etdirilir. Rayon kommunal xidmətləri yolların və səkilərin qardan təmizlənməsi üçün zəruri texnika və vasitələri hazır vəziyyətə gətirilmişdir, bir sıra yaşayış binaların dam örtüklərində təmir-bərpa işləri aparılmış, istilik sistemlərində profilaktik tədbirlər görülmüşdür.

Mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində və yağıntılar zamanı ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlərin görülməsi qabaqcadan planlaşdırılmışdır.

Rayonda mütəmadi olaraq payız-qış mövsümünə hazirlıq tədbirləriin keçirilməsi təmin edilir, verilən tapşırıqlar və görülən işlər operativ icra vəziyyətində saxlanılır.

Qeyd edək ki, Nəsimi rayonunda yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatları yaradılmışdır.

Keçidlər