Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonuda yerləşən Qış parkında aparılan təmir bərpa işləri başa çatıb.

21 iyun 2024 | 10:37

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində Nəsimi rayonunda parkların, binaların, həyətlərin, yolların, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün rayon ərazisində yerləşən Qış  parkında aparılan təmir bərpa işləri başa çatıb.

Belə ki, parkda istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan tamet daşları, oturacaqlar, işıqlandırma sistemi bərpa edilib, yararsız vəziyyətdə olan kiçik tutumlu tullantı qabları yeniləri ilə əvəz olunub.

Eyni zamanda Qış parkında mövcud yaşıllıq zolaqlarına mövsümi gül-çiçəklər əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir. 

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər