Nəsimi rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Nəsimi rayonunda yerləşən ümumtəhsil orta məktəblərində və məktəbəqədər uşaq müəssislələrində silsilə tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə aztəminatlı ailənin uşaqların, şəhid və qazi övladları və digər uşaqlar iştirak etmişlər.
Tədbirdə uşaqlar rəngarəng musiqi və rəqs nömrələri ilə iştirak etmişlər. Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları uşaqlara öz təbriklərini çatdırmış və qeyd etmişdirlər ki, gələcəyimiz olan uşaqlara hər zaman dövlət tərəfindən diqqət və qayğı var, balacaların sağlamlığının qorunması istiqamətində bu cür aksiyalar davamlı keçiriləcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətləri hamımız üçün örnəkdir.