Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.

02 iyun 2026 | 11:47

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi  günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayon ərazisində yerləşən “KOALA” Uşaq və Əyləncə Mərkəzində 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə məktəblilərə nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar əyləncə mərkəzində olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.

Keçidlər