Nəsimi rayonunda 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar iməcilik keçirilib.
UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü olunur. Bu günün qeyd olunmasında əsas məqsəd — dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
Nəsimi rayon ərazisində yerləşən abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır.