Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü qeyd olundu.

18 aprel 2022 | 11:04

UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü olunur. Bu günün qeyd olunmasında əsas məqsəd — dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.  Hər il aprelin 18-də dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar, dəyirmi masalar və qəzet məqalələrinə daxil olan müxtəlif fəaliyyət növləri keçirilir.

Azərbaycan Respublikası 2002-ci ildə  Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında- Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli,“İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli,“Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli,“Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

2022-ci ilin aprel ayının 18-ində  Tarixi Abidələrin Mühafizəsi Günü  münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   tədbir keçirilmişdir. Gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmişlər. Tarixi Abidələrin Mühafizəsi Günü barədə gənclərə məlumat verən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  bildirdi ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycan Respublikası Prezidentinin Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.

Daha sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən  Zorgenin xatirə - memarlıq kompleksində, “1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin, C.Cabbarlının və digər abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır.

Keçidlər