Nəsimi rayonunda 18 may- Beynəlxalq Muzeylər günü münasibətilə ekskursiya təşkil olunub.
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan tarixi muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə şagirdlər Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış olublar. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi.
Sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus ev əşyalarları, indiyədək qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış oldular.
Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən eksponatlar şagirdlərimizdə tarix elmi haqqında biliklərin daha da möhkəmlənməsinə səbəb oldu.