Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Ülvi hisslərin azadlıq nəğməsi” adlı tədbir keçirilib.
Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Ülvi hisslərin azadlıq nəğməsi” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə girişində Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin xatirə lövhəsinin önünə gül dəstələri düzüblər. 20 yanvar faciəsinə həsr olunmuş şagirlərin əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb oldu. Sonra Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi, məktəb şagirdlərinin ifasında şerlər və ədəbi-bədii kompazisiyalar nümayiş olundu.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə Tədbirlər Planı hazırlanmış və il ərzində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 44 günlük Vətən müharibəsində böyük qələbənin əhəmiyyətini xüsusi vurğulayaraq Ali Baş Komandanın siyasi kursunun xalqımız tərəfindəndən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilmişdir.
Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.