Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirib

19 yanvar 2026 | 16:05

Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 151 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə  həsr olunan tədbir keçirilib. Tədbirdə Nəsimi RİH-in başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov, BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin  deputatı Məlahət İbrahimqızı,   YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, universitetin professor-müəllim heyəti,tələbələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

Tədbir 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, 20 Yanvar faciəsi milli şüurun formalaşdırdığı rəşadətli və qəhrəmanlıq tarixinin rəmzidir. 20 Yanvar hadisələri yalnız bir faciə deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq, müstəqillik və milli dövlətçilik iradəsinin sarsılmazlığını nümayiş etdirən tarixi mərhələdir. Həmin gün Vətənin gələcəyi naminə canından keçməyə hazır olan insanların fədakarlığı milli yaddaşımızda əbədi iz buraxıb. Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də xalqına öz liderliyini, özünün bu xalqa, bu xalqın tarixinə, bu dövlətin gələcəyinə olan sədaqətini növbəti dəfə nümayiş etdirdiyini qeyd edib. O çıxışında məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi qiymət verilməsinin, bu qanlı hadisənin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasının Azərbaycan dövlətçiliyinin  mövqeyinin göstəricisi olduğunu bildirib. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, müstəqilliyi qazanmaq qədər onu qoruyub saxlamaq da çətindir və Azərbaycan xalqı bu çətin yolu böyük qətiyyətlə keçib.

Sonda 5 nömrəli Respublika Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzinin şagirdlərinin ifasında “Ana harayı” kompozisiyası təqdim olunub.

Keçidlər