Nəsimi rayonunda 2023-cü ilin birinci rübündə görülən işlər haqqında
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur.
Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi istiqamətində cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Çünki Azərbaycan Prezidenti, eyni zamanda qlobal səviyyədə də mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli işlər görür. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir. Ölkə qarşısında duran bütün vəzifələrin həlli üçün həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var. Şanlı Qələbəmiz Azərbaycanın qarşısında postmüharibə dövründə yeni çağırışlar, yeni vəzifələr qoyur. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ölkəmizin gücünü göstərməklə inkişaf və tərəqqidə yeni mərhələnin başlanğıcı oldu. Hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma həyata keçirilməkdədir. Bu, eyni zamanda, Böyük Qayıdışın sürətlənməsinə xidmət edir.
2023-cü il Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar – birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə, onun 100 illik Yubileyi ilə bağlı bir ildir.
"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il 3623 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonu üzrə tədbirlər planı hazırlanmışdır. Nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə aparılması üçün zəruri təşkilatı hazırlıq görülməsi üçün RİH Başçısı yanında Şuranın geniş iclası keçirilmiş və istiqamətlər müəyyənləşdirilmişdir. Rüb ərzində nəzərdə tutulmuş çoxşaxəli tədbirlərin keçirilməsi təmin edilmişdir.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Fevral ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır.
1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Asif Məhərrəmov 31, H.Seyidzadə 18, Cavadxan küçəsi 28 və 32 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam edir. Ümumi yaşayış binalarının fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, həyətlərə yeni asfalt örtüyü vurulmuşdur. Həyətlərdə torpaq işləri görülüb, bardur, tamet daşları və qazon örtüyü vurulur, istinad divarları hörülərək bərpa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, idman qurğuları, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılıb.
Nümayəndəlik ərazisində keçirilən iməciliklər zamanı rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların, oturacaqların təmizlənməsi həyata keçirilmişdir.
2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar rayon tədbirlərinin təşkilində yaxından iştirak edərək verilən tapşırıqların icrası təmin edilmişdir.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişdir. Nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış, materialların elektron variantda işlənilib mərkəzi bazaya yerləşdirilməsi işi hələ də davam etdirilir.
Nümayəndəlik altı ay ərzində əraziyə xidmət göstərən 13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri, MTK-lar, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmiş, rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.
Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Ərazidə qoyulmuş məişət tullantıları üçün konteynerlərdə sıradan çıxmış təkərlər yenisi ilə əvəz olunmuş, iki rəngdə olan konteynerə uyğun tullantıların sakinlər tərəfindən atılması MKİS işçiləri tərəfindən nəzarətdə saxlanılmış, rənglənmiş və nömrələnmiş, xeyli sayda oturacaqlar rənglənmiş, küçələrdə işıq dirəkləri və bardürlar yuyulmuş, ərazinin bəzi yerlərinə asfalt örtüyü vurulmuş, tamet döşənmiş, sakinlərin müraciəti əsasında evlərinin dam örtüyü təmir edilmişdir.
S.Vurğun küçəsində “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.
Hesabat dövründə nümayəndəlikdə başqa sahələr də diqqət mərkəzində saxlanılmışdır. Ərazidə görülmüş tikinti işləri barədə də Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən nümayəndəliyin ərazisində şirkətlər tərəfindən işlər davam etdirilmişdir.
“Lider FN”, “Servis”, “Olimpus”, “Bakı Rifah”, “Pilot-16” və“Invest” şirkətlərində də işlər davam etdirilir.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik dövlət qurumları ilə sıx əməkdaşlıq etmiş, eyni zamanda rayon İcra Hakimiyyəti başçısının əmr, sərəncam və tapşırıqlarının vaxtında icra olunması təmin edilmişdir.
2023-ci ilin yanvar ayının ilk həftəsindən nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotunun dəqiqləşdirilməsi, yoxlanılması və həmin məlumatların yeni verilmiş 2023-2027-ci il üçün təsərrüfat uçotu kitablarına yazılmasına başlanılmışdır.
Mütəmadi olaraq ərazinin sanitar-epidemioloji vəziyyəti nümayəndəlik tərəfindən nəzarətdə saxlanılmış,ərazidə olan zibil qutularında, urnalarda zibilin yığılıb qalmaması üçün əraziyə xidmət göstərən MKİS-lərə müvafiq tapşırıqlar verilmişdir.
Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, eləcədə Füzuli küçəsində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurlar nəqliyyat və piyadaların hərəkətinə ciddi maneələr yaratdığı nəzərə alınaraq kiçik ölçülü qranit daşları sökülərək asfalt örtüyü ilə əvəz olunmuşdur.
44 günlük vətən müharibəsində qəhrəmancasına həlak olmuş Nəsimi rayon şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən inzibati ərazidə olan Gənclik küçəsi Elman Babaxanov, Maarif küçəsi (keçmiş Cəlil Məmmədquluzadə dön) Kərimli Hüseynin adına verilmişdir.
Yanvar ayından başlayaraq Şamil Əzizbəyov, Rəşid Behbudov, Süleyman Rüstəm, Elman Babaxanov, Şəmsi Bədəlbəyli və Dilarə Əliyeva küçələrində olan işıq dirəkləri yeniləri ilə əvəz olunması davam etdirilmişdir.
28 May küçəsi 6 ünvanında binanın fasad hissəsində təmir işləri davam etdirilir.
Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi, Süleyman Rəhimov, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli küçələrinin , Neft və Sənaye universitetinin qarşısında olan piyada səkilərinə yeni tamet daşları döşənmişdir.İnzibati ərazidə yerləşən Dəmiryolu Vağzalının qarşısında olan pilləkənlərin sökülərək yenidən qurulması işləri davam etdirilmişdir. Opera və Balet teatrının əsaslı təmir işləri davam etdirilir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazi “PMD GROUP” şirkəti tərəfindən aparılan söküntü işləri başa çatdırılmışdır. Hazırda ərazidə layihələndirməyə uyğun olaraq işlər davam etdirilir.
“Kubinka” adlanan ərazidə yerləşən C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, S.Əsgərov, Mərdanov qardaşları, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 188 saylı, 16.09.2020-ci il tarixli sərəncamı ilə “Vialon” MMC-nin istifadəsinə verilmişdir. Hal-hazırda şirkətlə ərazidə yaşayan sakinlər arasında danışıqlar prosesi davam etdirilir.
Birinci rüb ərzində Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində abadlıq-qururculuq, normal sanitar vəziyyətin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
Payız-qış mövsümü ilə əlaqədar olaraq tədbirlər planına uyğun işlər həyata keçirilmiş, əlavə 50 ton duz tədarükü görülmüş və mövsüm problem olmadan başa çatmışdır.
A.Məhərrəmov küçəsi 60 ünvanında binanın fasadı, dam örtüyü, giriş-qapı pəncərələri dəyşdirilib, həyətdə abadlıq işləri aparılıb, abad həyət yaradılıb A.Məhərrəmov küçəsi 31 – “Abad Həyət” yaradılıb. 16.03.2023-cü ildə açılışı olub. Bütün abad həyətlərdə cari təmir işləri aparılmışdır.
Park və bağlarda təmir işləri aparılmış, o cümlədən “Qış parkı”nda bütün oturcaqlar cari təmir edilərək rənglənib, S.Vurğun Muğam bağlarında, məhəccərlər və oturacaqlar rənglənmişdir. Vaqif pr. boyu parklarda oturacaqlar təmir edilib, rənglənib, işıqlandırma sistemi təmir edilib. M.Cəlal küçəsi boyu parklarda oturacaq və idman qurğuları cari təmir edilib, fontan işə salınıb.
S.Vurğun küçəsi 12 saylı binanın 50-dən çox eyvanında əsaslı təmir işləri aparlımışdır, abadlıq işləri davam etdirilir.
Nəsimi rayonu, H.Seyidzadə küçəsi 18 saylı ünvanda binanın fasadı, dam örtüyü, giriş qapı və pəncərələri dəyşdirilmiş, həyətdə özbaşına çəpərlər sökülərək ərazi asfaltlanmış, küçə işıqları bərpa olunmuşdur.
Y.Səfərov küçəsi, R.Behbudov küçəsi, Ş.Bədəlbəyli küçəsi, Azadlıq pr. və Nizami küçələrində hasarlar, məhəccərlər rənglənmiş arka və darvazalar rənglənib, səliqə-səhman yaradılıb. M.Cəfərov küçələrində hasarlar rənglənmişdir.
Vaqif pr. S.Vurğun, Bakıxanov küçələri boyu 1000 ədəd müxtəlif növ ağac əkilmişdir. Bakıxanov küçəsi və C.Hacıbəyli küçəsinin bir hissəsi “Novruz” bayramı münasibəti ilə əlaqədar bəzədilmiş, bayram atributları qoyulmuşdur.
Cavadxan küçəsi 28 saylı binanın dam örtüyü əsaslı təmir edilib, boru və navalçalar dəyişdirilib. 3000 kv.m dam örtükləri təmir olunub.
A.Məhərrəmov küçəsi 35 saylı ünvanda şəhid yaşayan binanın qarşısına asfalt örtüyü vurulub, yaşıllıq işləri görülüb. A.Məhərrəmov küçəsi 31 saylı binanıbn ətrafı və məhəllədxaxili yola yeni asfalt örtüyü vurulub.
S.Rüstəm küçəsi 55-də binanın fasadında əsaslı təmir işləri aparılıb. Xətai prospektində hasarlar əsaslı təmir edilmiş, ticarət obyektlərinn fasadları rənglənmişdir.
Azadlıq pr. 87 saylı binanın qəzalı vəziyyətdə olan eyvanları bərpa edilmiş, fasad yeni görkəmə gətirilmişdir.
S.Rüstəm küçəsi, Azadlıq pr. Ş.Bədəlbəyli küçəsi S.Rəhimov küçəsi, D.Əliyeva küçəsi, Vaqif pr., R.Behbudov küçəlrində piyada səkiləri əzsaslı təmir edilib, Azadlıq pr. S.Rüstəm, D.Əliyeva küçəsi, R.Behbudov küçələrində piyada səkilərində əsaslı təmir işləri davam edir.yeni küçə işıq dirəkəri quraşdırılıb.
Hal-hazırda Cavadxan küçəsi 28 saylı ünvanda abadlıq işlərinə başlanıb, işlər davam edir. Bakıxanov küçəsi 42 saylı ünvanda abadlıq işləri davam edir.
Son 3 ayda 300 ədəd kiçik tullantılar üçün urnalar dəyişdirilib və ya ərazilərə qoyulub.
“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində olan 22 məhəllədaxili, 2 modul,1 ədəd RİQ,16 ədəd istilik məntəqəsi fəaliyyət göstərir. 2022-2023-cü il payız-qış mövsümü ərzində 219 yaşayış binası , 5 səhiyyə , 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunmuşdur.
500 və 501 saylı qazanxanalarda düz axımlı su-su qızdırıcılar açılaraq təmizlənmiş, aşkarlanan qüsurlar təmir olunaraq bağlanmış və su ilə duolurularaq yoxlanılmışdır. Qazanxanaların növbəti payız qış mövsününə hazırlığı işlərinə başlanmışdır. Həmçinin NÖC və A Xidməti, Qaz təsərrüfatı xidmətləri tərəfindən qazanxanalarda, xidmətlərə aid olan avadanlıqlarda, təftiş təmir işləri aparılır. Hidravliki sınaq zamanı aşkarlanan və tədbirlər planında nəzərdə tutulmuş, aşağıdakı ünvanlar üzrəistilik xətləri üzərində əsaslı və ya cari təmir işləri aparılmışdır:
1 saylı İSİS-in ərazisində 2022-2023-cü il payız qış mövsümünün bitməsi ilə əlaqədar bütün qazanxana və istilik məntəqələrində hidravliki sınaqlar aparılması, aşkarlanan qüsurların tədbirlər planına salınaraq təmir bərpa işlərinə başlanılacaqdır. Hal hazırda tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.
Hesabat dövründə “Azərişıq” ASC tərəfindən Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunmuşdur. Belə ki,illik plan qrafikə əsasən 110/35/10 kv-luq QPQ-də 246 №1, Metro Nəsimi №1, №2, 720 №1,2, 2595 №1,№2 840, 465 №1 1594 №1, 1594 №2, 465, №2, 432 №1, 432 №2, 771 №1,2 571 №2, 780,2600 №1, №2 199 №1, 1072 №1, 740 №1, №2, 2809, 2764, 3655 №1,№2, STP №1, Azon №1, 52 №1, 81, 592, 52 №2, 3162 №1, №2, 1750 №1, №2 1836 №1,679 №1, 15, 28, 2071, №3, 2071,№2, №4, 246 №2, avadanlığı cari təmir olundu mühafizəsi yoxlanılıb, 117 və 99 saylı yarımstansiyalarda akkumlyator batareyaları, 100 saylı yarımstansiyada 9 ədəd 190 Ah akkumlyator yenisi ilə əvəz olunub. 100 saylı yarımstansiyada 35 kv “97-100” №1,№2 kabel xəttinin avadanlığı, 117 saylı yarımstansiyada 35 kv Aziniko №1, №2 və 1970 №1,2 kabel xəttinin avadanlığı, Dağlıq y/st-da 400 kva XSTR №1,2 86 sayı yarımstansiyada 630 kva XSTR №1,2 cari təmir olunub. Yarımstansiya 110/35/10 kv-luq Dağlıq, 111 y/st-ya 35/10/6 kv-luq, y/st-99 35/10 kv-luq, y/st-ya 96 35/6 kv-luq, y/st-ya 86 35/10 kv-luq, y/st-87 35/10 kv-luq, y/st-117 35/6 kv-luq, y/st-ya 100 35/10 kv-luq və 35/0,4 kv-luq Dostluq y/st-da mütamadi olaraq baxış keçirilmişdir. KTM-596, 1961,594,358,823,3078,495,613,552,45,48,24 də cari təmir işləri aparılmışdır. KTM 358-721 10 Kv-luq hava xəttində 6 ədəd dayaq, Rayon üzrə 0,4 kV-luq hava xətlərində 68 ədəd dayaq rənglənmişdir.
493,596,594,222,3077,83,379,68,2362,183,357,721,138,225,463,302 saylı TM və KTM-dən qidalanan 0,4 kV-luq OİN hava xəttində təmir işləri aparılmış və xəttə toxunan ağaclar budanmışdır. Mütəmadi olaraq, ərazilərdə TM və KTM-lərə baxış keçirilir, aşkar olunmuş qüsürlar aradan qaldırılır. İməcilk işləri ilə əlaqədar 12 ədəd TM və KTM-in ətrafı, PQ otaqları təmizlənmiş, fasadında və PQ otaqlarında qopmuş hissələr bərpa olunmuş və rənglənmiş, damı su navalçalartı təmizlənmiş, borduyorlar və qapılar yenidən rənglənmiş dispetçer yazıları yenilənmişdir. 13-cü xidmətlə bağlı verilən işlər vaxtı vaxtında gecikmədən yerinə yetirilir və qeydiyyata düşmüş abonentlərə sayğac quraşdırılıb, elektrik enerjisi ilə təmin olunur.
Su və kanalizasiya xidmətləri üzrə abonentlərin ümumi sayı 77149 nəfər: o cümlədən: əhali sektoru üzrə - 71452 abonent təşkil edir. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 93.1%-i fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. Qalan əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6 (altı) saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir. Abonentin 5?8 %-i su sayğacı ilə təmin edilmişdir. Su şəbəkələrində 1856 ədəd qəza baş vermiş və aradan qaldırılmişdır. Müxtəlif diametirli su хətləri təmir еdilərək, qəza dayandırılmış və hissələri yenisi ilə əvəz olunmuş. Nasos stansiyalarında isə 12 dəst müxtəlif markalı nasos avadanlıqlari əsaslı təmir edilmişdir. 3 Nasos stansında müxtəlif markalı nasos avadanlıqların cari təmir edilmişdir. 5Nasos stansiyalarında 8 dəst müxtəlif markalı elektrik mühərrikləri əsaslı təmir edilmişdir. Kanalizasiya şəbəkələrinə nəzarət edilmiş, baş vermiş və aradan qaldırılmış qəzaların sayı 2406 ədəd olmuşdur. 14.235 рm. fəkal kanalizasiya xətti yuyulub təmizlənmişdir. 2279 ədəd yağış barmaqlıqları təmizlənmişdir. 2 kanalizasiya barmaqlıqlar dəyişdirilib.
Zirzəmilərdə müxtəlif diametirli 879.5 рm. kanal xətti dəyişdirilmiş və ya təmir edilmişdir. 38 ünvanda Kanalizasiya luku təmir olunub və уа çuqun qapaq dəsti quraşdırılıb. Мəhəllələrdə 150/200/300/400 mm-lik dахili kanalizasiy xəttlərində 49.0 рm. təmir işləri aparılıb.
“Bakı Şəhər İşıqlandırma “ İdarəsi tərəfindən Nəsimi rayonu ərazisində 17 küçədə 6, 7, 8 və 10 m-lik işıq dirəkləri quraşdırılmışdır. Nəsimi rayonu, Hüseynbala Əliyev, Şamil Əzizbəyov küçələrində 8 metrlik, İ.Qasımov, Qulu Quliyev, Şövqiyar Abdullayev, İzzət Həmidov, Eldar Tağıyev, Dilarə Əliyeva küçələrində quraşdırma işləri aparılmışdır.
Nəsimi Rayon Yaşıllıq sahəsində 1-ci rüb ərzində 2403 ədəd müxtəlif növ kol və kol bitkiləri, 2100 ədəd müxtəlif nov tinglər(ağac) əkilmişdir. Rayon ərazisində, küçə və prosbektərdə budama işləri aparılmışdır.
Rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında 200-ə yaxın quru və qəzalı vəziyyətdə olan ağacdan kəsilib götürülərək yerinə yeni tinglər əkilmişdir.
2023-cü ilin 3 ayı ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
Yanvar ayının 18-də Nəsimi rayonu F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir.
Yanvar ayının 18-də Nəsimi rayonu M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Yanvar ayının 19-da Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Ülvi hisslərin azadlıq nəğməsi” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak ediblər. Tədbirdə bildirildi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir. Tədbirdə bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilmişdir. Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.
Fevral ayının 01-də “Holliday İNN” hotelinin konfrans zalında Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər günü münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun Millət vəkilləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 8 nominasiya üzrə 43 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur. Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatmışdır.
Fevral ayının 01-də Azərbaycan Tibb Universitetində “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib. Tədbirdə bildirilib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixcəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir.
Fevral ayının 03-də Bakı Kitab Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyətinin məsul əməkdaşları, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə tədbir iştirakşıları Mərkəzin foyesində dərnək üzvlərinin çəkdiyi rəsmlərə və müxtəlif ölkələrin mədəniyyətini və tarixini əks etdirən sərgi ilə tanış olmuşlar. Tədbirdə çıxış edənlər bildirdilər ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Tədbir boyu Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri azsaylı xalqların rəqslərindən ibarət kompazisiyalarla çıxış ediblər.
Fevral ayının 03-də Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydası bildirilmiş, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq-quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edilmişdir. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.
Fevral ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
Fevral ayının 08-də Prezident cənab İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib.
Fevral ayının 15-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada OCEP lahiyəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluq tədbiri keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyənin təhsil müşaviri, Elm və Təhsil Nazirliyinin sektor müdiri, Milli Olimpiya Komitəsinin ekspert və koordinatorları və Gimnaziyanın pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilib. Tədbirdə OCEP lahiyəsi üçün hazırlanmış videoçarx təqdim edilmiş və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyalar, rəqslər və müxtəlif idman növləri nümayiş olunub.
Fevral ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətinin və 5 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans keçirilib. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi Rayon təşkilatının rəhbərliyi, Mərkəzin pedaqoji kollektivi, dərnək üzvləri və rayon gəncləri iştirak etmişlər. Konfransda Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar videoçarx nümayiş olundu. Tədbirdə iştirak edənlər bildirdi ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bildiyini qeyd etdilər.
Fevral ayının 21-də Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə OCEP-2022 lahiyəsi çərçivəsində “Kanadanın tarixi və ənənələri” adlı tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Elm və Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilarının sədri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Kanadanın tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub, bədii-musiqili hissə ilə davam edib.
Fevral ayının 23-də Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Nəsimi rayonu 8 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər. Tədbirdə xüsusi vurğulandı ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş, şagirdlərin ifasında vətənpərlik mövzusunda şerlər, mahnılar səsləndirilmiş və səhnəcik təqdim olunub.
Fevral ayının 23-də Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılıb.
Fevral ayının 24-də "3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı Xətai sənət mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı mərkəzin gənc rəssamlarının "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi. Xocalı soyqırımda və torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində uşaqların ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndi, vətənpərvər mahnılar ifa edildi və "Azərbaycan" rəqs kompozisiyası nümayiş etdirildi. Tədbirin sonunda sərgiyə dəvət olunmuş qonaqlar keçirilən tədbirlə bağlı öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Fevral ayının 24-də Xocalı faciəsindən 31-ci ildönümünə həsr olunmuş “Xalq qəzeti” redaksiyasında Nəsimi rayon məktəblilərinin iştirakı ilə sərgi keçirilib. Tədbirdə qeyd olunub ki, bu kimi faciələr bir daha təkrarlanmasın deyə, bütün dünya Xocalı harayına səs verməli və milli zəmində törədilən bənzər hadisələrə qətiyyətlə yox deyilməlidir. Məhz bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bir çox ölkələrdə davamlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Fevral ayının 24-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz birinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə RİH Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şeirlər nümayiş olunmuş, Xocalı soyqrımına aid videoçarx göstərilib. Tədbirin sonunda Xocalı sakinlərinə maddi yardım, ərzaq bağlamaları verilib.
Mart ayının 02-də Nəsimi rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin akt zalında “Heydər Əliyev və Azərbaycan məfkurəsi" və “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul məkdaşları, rayonun görkəmli ziyalıları, elm xadimləri, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Mart ayının 05-də Milli Olimpiya Komitəsinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti, Gənclər və İdman naziri, MOK-un baş katibi, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssisləri, media nümayəndələri iştirak edib. Tədbirdə Heydər Əliyevin Azərbaycanın idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub. Tədbir iştirakçıları həmin günə aid tarixi kadrları böyük maraqla izləyiblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevlə olan görüşlərlə bağlı maraqlı anlardan söhbət açıblar.
Mart ayının 07-də Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və rayonun ümumtəhsil müəssisələrinin rəhbərlərinin və qeyri- hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyi qeyd edilmişdir. Tədbir zamanı ümumtəhsil müəssisələrin fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb.
Mart ayının 08-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar və şəhid ailələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bildirildi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya - qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir.. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Çay süfrəsi ətrafına qonaqlar səmimi söhbət etmişlər. Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.
Mart ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransa start verildi. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər. Konfransda qeyd olundu ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır. Sonra təqdim olunmuş 30 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmiş, Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilib.
Mart ayının 11-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Bir ağac-bir dünya” başlığı altında ağacəkmə aksiyası keçirilib. Nəsimi rayonu Vaqif prospekti, Bakıxanov, S.Vurğun, X.Şuşinski və F.Qasımzadə küçələri boyunca 300 ədəd eldar şamı və luqustr ağacları, 50 ədəd Oleandr ağacları, 400 ədəd kiparis ağacları, 30 ədəd çinar ağacları, çoxsaylı dekorativ şam ağacları, ümumilikdə 1000-dən artıq ağac əkilib. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub, 800-dən artıq mövsümi gül kolları əkilib. Eyni zamanda, quru ağaclar budanaraq , ümumi sanitar təmizlik işləri görülmüşdür.
Mart ayının 17-də Nəsimi Rayon İcra Hakimiyyətində xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə “Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının sədri, cəmiyyət sədrləri, şəhid ailələri və qazilər iştirak etmişlər. Əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğuladılar. Şəhid ailələri və Vətən müharibəsi əlilləri Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqqiliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə sosial qayğının göstərilməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.Tədbir konsert proqramı ilə davam etdirilmişdir. Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, o cümlədən 1000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.
Mart ayının 20-də Nəsimi rayon İcra Hakimiyyətinin və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib. Bayram şənliyində “Yeddi gözəl” tamaşası təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib. Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb oldu və onlarda xoş əhval-ruhiyyə yaratdı.
Mart ayının 22-də Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunan tədbir keçirilib. Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib. Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub. Tədbir konsert proqramı ilə davam edib.
Mart ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətinin və “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı bayram tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib. Əvvəlcə qonaqlar Mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiləri ilə tanış oldu. Bayram şənliyində “Novruz xonçası” adlı tamaşa təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib. Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Onuda qeyd edək ki, gənc aktyorlar sırasında sağlamlıq imkanları məhdud uşaqlar da yer almışdır. Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb oldu və onlarda xoş əhval-ruhiyyə yaradıb.
Mart ayının 31-də Azərbaycan Tibb Universitetində 31 Mart- Ümummilli lider Heydər Əliyevin İmzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Sərəncamının tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması barədə tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyəti nümayəndələri, rayon ağsaqqalları, İctimai Şuranın üzvləri və rayon gəncləri iştirak edib. Tədbirdə qeyd edilmişdir ki, 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.
Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində rayonda ictimai-siyasi vəziyyətin stabilliyi təmin edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti mütəmadi olaraq rayon ərazisində fəaliyyət göstərən cəmiyyət və birliklərlə - Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatı, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsi, Çernobıl Əlilləri İttifaqının Nəsimi şöbəsi, rayon Ağsaqqallar və Veteranlar Şurası, müxtəlif cəmiyyətlər, ittifaqlar və fondlarla əlaqə saxlayır, il ərzində həmin təşkilatlarla birgə müxtəlif tədbirlərin keçirilməsini təşkil edir, bütün bayramlarda qeyd olunan cəmiyyətlərin aztəminatlı üzvlərinə maddi və ərzaq yardımları edir. Rayon sakinlərinə müxtəlif çeşidli ərzaq bağlamaları verilmişdir.
Heydər Əliyev Fondu tərəfindən rayonun aztəminatlı ailələrinə ardıcıl olaraq göstərilən yardımlar sakinlərin yüksək rəğbəti və dərin razılığı ilə qarşılanır.
2023-cü ilin birinci rübü ərzində Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri daima diqqət mərkəzində saxlanılmış və onları narahat edən bütün məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Nəsimi rayonunun inzibati ərazisində qeydiyyatda olan 26 Vətən müharibəsi şəhidinin ailəsi və 57 Vətən müharibəsi əlili RİH-nin himayəsindədir. RİH-nin rəhbərliyi və məsul əməktaşları tərəfindən həssas təbəqə və onların ailə üzvləri ilə görüşlər keçirilmişdir. Ən çox üstünlük təşkil edən müraciətlər arasında şəhid adının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması, maddi yardım olunması, dərman ehtiyaclarının qarşılanması, kommunal xidmətlərə və digər borcların ödənilməsinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, evin təmirinə köməklik, yolların asfaltlanmasına köməklik, müharibə veteranlarının mənzil növbəsinə götürülməsi və digər müraciətlər olmuşdur. Daxil olan bütün müraciətlər şöbə tərəfindən araşdırılmış və həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Nəsimi rayon ərazisində qeydiyyatda olan şəhid ailələsi və Vətən müharibəsi əlilləri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə qəbul olunmuşdur.
Nəsimi rayon İcra hakimiyyəti yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və Himayəçilik üzrə Komissiya” tərəfindən 3 ay ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
2023-cü il üçün təsdiq edilmiş “İş planı”nı rəhbər tutaraq Yetkinlik Yaşına Çatmayanların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərinin qarşısının alınması, mənəviyyat və sağlamlıqlarının muhafizəsi, baxımsızlıqlarının profilaktikası sahəsində müəyyən işlər görmüşdür.
YYÇ-ların İHM üzrə Komissiya rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şurasının YYÇ PİTB-nin bölməsi ilə birgə uşaq əməyinın istismarının qarşısının alınması, uşaq əməyindən qanunvericiliyin tələbləri pozulmaqla istifadə olunması, uşaqların əmək şəraiti ağır və zərərli olan, həmçinin onların həyatına, sağlamlığına va mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmalarının qarşısını almaq məqsədi ilə reydlər təşkil olunmuşdur. Gənclər arasında maarifləndirmənin həyata keçirilməsində təhsil müəssisələrində təhsilin imkanlarından geniş istifadə edərək əmək kollektivlərində və gənclər arasında maarifləndirmə ilə bağlı müvafiq tədbirlər keçirilib.
Rayonun orta məktəblərində valideynlər və müəssisə rəhbərləri ilə dəyirmi masalar təşkil edilib, həmin görüşlərdə əsasən ümumi icbari orta təhsilin həyata keçirilməsi, erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması, yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkili, uşaqlar arasında hüquq pozuntularının profilaktikası valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və s. mövzularda maarifləndirici söhbətlər aparılıb.
Uşaq hüquqlarının qorunması, uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və vətənpərlik ruhunda formalaşması məqsədi ilə “20 yanvar faciəsi”, “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı, Bakı Kitab Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı, "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı, "Xocalı faciəsi uşaqların gözü ilə" adlı, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı, Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yaz debat turniri, “Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turniri, “Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği”nə həsr olunmuş intellektual yarış (və s.) adlı müvafiq tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyəti, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən uşaqlar ilə bağlı baxılan məsələlər (uşağın ad və ya soyadının dəyişdirilməsi, nikah yaşının azaldılması, uşağın əmlakı, həmçinin hansı valideynin yanında qalması, valideynlərlə ünsiyyət barədə rəylərin verilməsi və sair) zamanı onların hüquq və mənafeyi üstün tutulmuş, həmçinin maraqlarına toxunan məsələlərdə iştiraklarının təmin sahəsində fəaliyyət gücləndirilmişdir.
Hesabat dövründə insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması ilə bağlı övladlığa götürülmənin ləgvi ilə əlaqədar müraciət daxil olmamışdır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barəsində 1 müraciət daxil olmuşdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq komissiyaya notarial idarələr tərəfindən vərəsəlik müəyyən olunması barədə materiallar qeydiyyata alınmış,vərəsə payı müəyyən edilmiş azyaşlıların əmlak hüquqlarının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində komissiyaya azyaşlının əmlakının dəyişdirilməsinə razılıq verilməsi üçün müraciətlər daxil olmuşdur. Daxil olmuş müraciətlərə baxılan zaman uşaqların əmlak hüquqlarını qorunması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir.
Rüb ərzində komissiya üzvləri rayon məhkəməsində azyaşlıların hüquqlarının qorunması üçün qanuni nümayəndə qismində iştirak etmişlər.
Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Cari ilin 3 ayı ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Rrezidentinin imzaladığı Fərman və Sərəncamların, Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə 2023-cü il üçün İş Planı təsdiq edilmişdir. Təsdiq edilmiş illik İş Planı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Hazırda bu sahələr üzrə zəruri tədbirlər həyata keçirilməkdədir. Milli Fəaliyyət Planının icrası ilə bağlı sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşlərdə, xüsusilə səyyar qəbullarda həyata keçirilən tədbirlərin geniş təşviqi, ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə işlər görülməkdədir. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat dövründə nəzarət qaydasında , korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr keçirilmiş, fərdi söhbətlər aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. Keçən dövrdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
2023-cü ilin 3 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2023-cü ilin 3 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 769 ərizə və müraciət (2022-ci ilin 3 ayı 614 ərizə) daxil olmuşdur.
Onlardan 113-ü Prezidentin Administrasiyasından,
9-u Milli Məclisdən,
10-u Nazirlər Kabinetindən,
118-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
519-u vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 33-i təkrar, 41-i kollektiv ərizələrdir.
«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müraciətlərə vaxtında baxılması təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2023-cü ilin 3 ayı ərzində 10 səyyar qəbul keçirilmiş,1200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 105 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
2023-cü ilin yanvar ayından başlayaraq hər ay müəyyən olunmuş qrafik üzrə rayon ərazisində 10 səyyar qəbul keçirilmişdir.
06.01.2023-cü il tarixində 1-ci mkr. A.Məhərrəmov küşəsi 31 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
11.01.2023-cü il tarixində S.Vurğun küşəsi 112 ünvanında MKTB-nin akt zalında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 50 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.
18.01.2023-cü tarixində 16 nömrəli texniki humanitar liseydə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 90 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
25.01.2023-cü il tarixində Cavadxan küşəsi 68a ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 150 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.
15.02.2023-cü il tarixində 42 nömrəli tam orta məktəbdə 2 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 180 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.
22.02.2023-cü il tarixində 46 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 100 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
01.03.2023-cü il tarixində 54 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 120 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.
07.03.2023-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 140 nəfər iştirak etmiş, 16 nəfərin müraciəti dinlənilmişdir.
10.03.2023-cü il tarixində İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 120 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.
15.03.2023-cü il tarixində 111 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 135 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
2023-cü il ərzində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.