Nəsimi rayonunda 2023-cü ilin mart ayında səyyar qəbullar keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
Mart ayında 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində təsdiq olunmuş qrafik üzrə RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 70-ə qədər müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olmuşdur. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilmişdir.
Qəbullar və görüşlər zamanı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxçaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilmiş, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.
Sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıq etmişlər.