Nəsimi rayonunda 2024-cü ilin birinci rübündə görülən işlər haqqında
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində cari ilin birinci rübü ərzində ölkəmiz inamla irəliləmiş, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq və inkişaf, balanslaşdırılmış xarici siyasət təşkil etməklə dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmin edilmişdir.
Ölkəmizdə yüksək iqtisadi inkişaf göstəriciləri əldə olunur, çox geniş sosial layihələr həyata keçirilir. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. İşğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri vüsətlə davam etdirilir.
Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara yeksək diqqət göstərilir. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək mümkün deyil. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi prosesi davam etdirilir. Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. İlin ilk 3 ayı ölkəmizdə əlamətdar hadisələrlə yadda qalmışdır.
Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş görkəmli dövlət xadimi, müasir dövlətçiliyimizin banisi Heydər Əliyev məktəbinin ən layiqli davamçısı, milli dövlətçilik tariximizdə yeni ənənələrin əsasını qoyan ictimai-siyasi xadim, zəfər səlnaməsinin müəllifi İlham Əliyev cənabarı yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir.
Cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi yüksək siyasi nüfuza, həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xalqımızın firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir.
Böyük fərəh hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş 7 fevral 2024-cü il seçkiləri xalqın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim eyni zamanda Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir. Bəli! Bu zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatında da öz əksini tapmışdır.
Bu il 07.02.2024-cü il tarixdə Respublikamızda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi-Binəqədi, 22 saylı Nəsimi-Yasamal və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Seçkilərin keçirilməsində rayon İcra Hakimiyyəti və onun struktur bölmələri qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmiş, seçici siyahıları dəqiqləşdirilmişdir.
Rayonda yaradılmış 79 Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşdur. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuş, Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqələrdə 27 ədəd Web kamera quraşdırılmışdır.
Rayon ərazisinin müxtəlif yerlərində namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 79 ədəd təşviqat lövhələri quraşdırılmış, toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün bağlı və açıq yerlər müəyyənləşdirilmişdir.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin Nəsimi rayonu üzrə 31201 seçicidən 22071 nəfəri yəni – 70,73 %-i seçkilərdə iştirak etmiş.
22 saylı Nəsimi-Yasamal seçki dairəsinin Nəsimi rayonu üzrə 30384 seçicidən 21326 nəfəri yəni – 70,18 %-i seçkilərdə iştirak etmiş.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin Nəsimi rayonu üzrə 45521 seçicidən 32510 nəfəri yəni- 71,4 %-i seçkilərdə iştirak etmişdir.
Ümumilikdə rayon üzrə 107106 seçicidən 75907 nəfəri, yəni – 70,87 %-i seçkilərdə iştirak etmişdir. İştirak etmiş seçicilərin 70165 nəfəri yəni - 92,4 %-i
Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2024-cü ilin yanvar-mart ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.
2024-cü ilin yanvar –mart aylarında rayonun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
Sənaye
2024-cü ilin yanvar-mart aylarında 304382,0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 28,0 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 310691,1 min manatı istehlakçılara göndərilmiş, ondan 302194,0 min manatı öz istehsalı olan mallar olmuşdur.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2024-cü il vəziyyətinə 10433,0 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
2024-cü ilin yanvar-mart aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 114417,6 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,3 faiz çox vəsait yönəldilmişdir. 2024-cü ilin yanvar-mart aylarında 30823,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
2024-cü ilin yanvar-mart aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 391380,5 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,1 faiz az olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri 2024-cü ilin yanvar-mart aylarında 299122,8 min manat, əsaslı təmir 35342,7 min manat, cari təmir 55237,2 min manat, sair tikinti işləri isə 1677,8 min manat təşkil etmişdir.
2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1202991,7 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 14,9 faiz artım deməkdir. Satılmış əmtəələrin 87,4 faizi hüquqi şəxslərin, 3,9 faizi rayonda fəaliyyət göstərən bazarın, 8,7 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
2024-cü ilin yanvar-mart aylarında rabitə müəssisələri tərəfindən 133675,0 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5 faiz artmışdır.
Nəqliyyat
2024-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 551898,5 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artmışdır.
2024-cü ilin yanvar-mart aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 36107,2 min manat olmuşdur. Həcmin 61,8 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 22332,1 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 13775,1 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərÖdənişli xidmətlərin həcmi 2024-cü ilin yanvar-mart aylarında 360385,0 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,3 faiz artmışdır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 309686,5 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 85,9 faizini təşkil etmişdir.
İşçilərin sayı və əməkhaqqı
2024-cü ilin yanvar-fevral aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 223475 nəfər olmuşdur.
2024-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 13,1 faiz artaraq 1189,3 manat olmuşdur.
Yeni iş yerləri
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır
Nəsimi rayonunda 2024-cü ilin yanvar-mart aylarında 2420 yeni iş yeri açılmışdır
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri, eyni zamanda da verilmiş 2023-2027-ci il üçün təsərrüfat uçotu kitablarına yazılması davam etdirilmişdir. Dövlət qurumları ilə sıx əməkdaşlıqla rayon İcra Hakimiyyəti başçısının əmr, sərəncam və tapşırıqlarının vaxtında icra olunması təmin edilmişdir. fevral ayının 7-də keçirilməsi nəzərdə tutulan növbədənkənar Prezident seçkiləri ilə əlaqədar “Yerli İcra Hakimiyyətləri Haqqında” qanundan irəli gələn tələblərə uyğun olaraq müvafiq inzibati ərazidə yerləşən seçki məntəqələrinə baxış keçirmiş, köhnə lövhələrin dəyişdirilməsi və boyanması üçün lazımi tədbirlər görmüşdür.
1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazidə xidmət göstərən 23, 31, 33 ,51, 65 va 77 saylı Mənzil Kommunal İstismar SahəIəri ilə sıx əlaqədə çalışmış, ərazidə quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Belə ki, 2024-cü ilin I rübündə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilan silsilə tədbirlər çərçivəsində Moskva prospekti 66, 70, 72 ünvanlarda ayrı-ayrılıqda bu 3 ünvanda infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri, ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlarin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 66,70,72 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 12 ədəd giriş qapısı və 48 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əİil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətində 4500 kv.m-a yaxın asfalt, 1700 kv.m-a yaxın tamet daşı vurulub, 1500 kv.m-dən artıq qazon salınıb,1450 p.m yeni bardürlər qoşulub, 400 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümum istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar va quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub,müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara va ağaclara aqrotexniki qaydada qulluq olunub,200 ədəd şam ağacı və 500-ə yaxın müxtəlif növ gül kolları əkilib. Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib, həyətdə 14 nöqtədə işıqlandırma sistemlari və 9 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb. Görülən işlərə görə rayon sakinləri ölkə Başçısına dərin minnətdarlıqlarını bildirdilər.
Nəsimi rayonu Cavadxan küçəsi 19,21,36 , H.B. Əliyev 6 saylı ünvanlarda abadlıq- quruculuq işləri davam edir. Cavadxan küçəsi 21 saylı ünvanda hasara alınmış sahələr sökülərək sakinlarin ümumi istifadəsinə verilib. Binanın yağış suları axıdan boru və navalçalarının dəyişdirilməsi, fasadın, dam örtüyünün əsaslı təmiri, eyni zamanda qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işlərinə başlanılıb. Hər 4 binanın dam örtüyü, yağış suları axıdan boru və navalçaları dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, sakinlarin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah quraşdırılıb.
Nəsimi rayonunda 2024-cü ilin I rübündə səyyar qabullar keçirilmişdir. 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə ünvanları əhatə edən ərazilərdə RİH başçısı tərəfindən 2024-cü ilin I rübündə 6 səyyar qəbul və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir.
Keçirilən 6 səyyar qəbul və görüşlərdə 800-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilmişdir. Cavadxan, Hüseyn Seyidzadə, Mir Cəlal, Hüseynbala Əliyev, 20 Yanvar, Asif Məhərrəmov, Məmmədcəfər Cəfərov küçələrinin, Moskva prospekti əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər. Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən İzmit parkında son tamamlanma işləri aparılır. İzmit parkında oturacaqlar yenilənib, kiçik tullantılar üçün qablar qoyulub, uşaq-oyun elementləri, meydança döşəməsi təmir edilib, yaşıllıqlar və işıqlandırma sistemi yenidən bərpa olunub. Hal-hazırda son tamamlanma işləri aparılır.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik üç ay ərzində əraziyə xidmət göstərən 13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri, Xüsusi Təyinatlı MKİS-lər, MTK-lar, Kooperativlər, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmiş, rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq COP-29 “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri ilə əlaqədar ərazidə aparılan təmir işləri və ümumilikdə ərazinin sanitar vəziyyəti daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.
Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən ünvanlarda ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Rayon ərazisinin hər yerində olduğu kimi nümayəndəlik üzrə abadlıq-quruculuq işləri davam etdirilmiş, oturacaqlar rənglənmiş, küçələrdə işıq dirəkləri və bardürlar yuyulmuş, ərazinin bəzi yerlərinə - R.Behbudov ilə Ş.Abdullayevin əhatəsində, Əfəndiyev döngəsinə asfalt örtüyü vurulmuş, tamet döşənmiş, sakinlərin müraciəti əsasında evlərinin dam örtüyü təmir edilmişdir.
S.Vurğun küçəsində “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.
Mirqasımov 2, 2A, 3, Səməd Vurğun 116, İmran Qasımov 4, Topçubaşov 21 ünvanlarındakı binaların girişlərində ağartma işləri aparılmış, COP-29 ilə bağlı Topçubaşov 21, S.Vurğun 116, Azadlıq 56, 70,72, R.Behbudov 62, 64, 81,83, C.Məmmədquluzadə 99 ünvanlarındakı binaların fasadlarında təmir işləri görülür.
“Abad Həyət” layihəsi çərçivəsində Mirəli Qaşqay 24 ünvanında yenidənqurma və abadlıq işlərinə başlanmışdır.
Üç ay ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.
Hesabat dövründə nümayəndəlikdə başqa sahələr də diqqət mərkəzində saxlanılmışdır. Ərazidə görülmüş tikinti işləri barədə də Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və müxtəlif sərəncamlara əsasən nümayəndəliyin ərazisində şirkətlər tərəfindən aparılan işlər aşağıdakı kimidir:
M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 5 girişli 1 bina (12 mərtəbəli) və 2 girişli 1 binanın (16-18 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, onlardan 5 girişli 1 binanın tikintisi yekunlaşmış, növbəti 2 girişli 1 binanın tikinti işi isə davam etdirilir. (İcraçı-“Maşınqayıran” MTK).
S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 4 girişli 2 binanın (17 mərtəbəli) tikinti işi başa çatmış, bəzi mənzillərdə təmir işləri davam etdirilir. (İcraçı-“Pilot Həyat”MTK).
Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 1 girişli 2 binanın (16 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, 1 bina tikilib başa çatmış, daxili təmir-fasad işləri görülür. (İcraçı-“Draft Construction”).
Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və Bəsti Bağırova küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 2 girişli 3 bina (14-16 mərtəbəli), 1 girişli 1 bina (15-16 mərtəbəli) və 540 yerlik (4 mərtəbəli) orta məktəbin tikintisi nəzərdə tutulmuş, 2 girişli 1 bina və 1 girişli 1 binanın tikintisi başa çatmış, sakinlərin istifadəsinə verilmişdir. (İcraçı-“ARCHİCO”MMC).
Mirqasımov, M.Qaşqay ,F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki kvartalda” Pilot” layihə tərəfindən hər biri 1 girişli 2 bina (18 mərtəbəli və 20 mərtəbəli) olmaqla tikintisi başa çatmış, 4-cü binada daxili təmir-fasadlanma işləri görülür (İcraçı-“Avrasiya Construction LTD” MMC).
Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda ”Pilot” layihə tərəfindən 5 girişli binanın 3 girişi tikilib yekunlaşmış, binadaxili təmir işləri davam etdirilir. (İcraçı-“Fədək”MMC).
S.Vurğun küçəsi 941-ci kvartalda pilot layihə tərəfindən bir 2 girişli və bir 4 girişli binaların tikinti işi başa çatmış, daxili təmir-fasad işləri aparılır. (İcraçı-“Teymuroğlu”MMC).
M.Qaşqay, A.Zamanov, S.Zeynalov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən bir 1 girişli, bir 2 girişli binaların tikintisi tam başa çatmış, 1 girişli 1 binanın (16 mərtəbəli) tikilməsi isə nəzərdə tutulmuşdur. (İcraçı-“Azəri Tikinti Şirkəti”MMC).
S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev küçələrinin əhatəsindəki kvartalda” Pilot” layihə tərəfindən 1 girişli 2 bina və 2 girişli 1 binanın(16 mərtəbəli) tikintisi baş çatmış, yekun tamamlanma işləri görülür, bəzi mənzillərdə təmir işləri aparılır. (İcraçı-“Grand Plaza”MMC)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə şirkət tərəfindən 1 girişli 3 binanın (16-18 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, onlardan 1 binanın tikintisi davam etdirilir. (İcraçı- “SR-A Construction” MMC (Olimpus))
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda şirkət tərəfindən hərəsi bir girişli 7 binanın (6-15 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, 2 binanın tikintisi davam etdirilir. (İcraçı-“Elegant Residence” MTK)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə C.Məmmədquluzadə, Maqsud Əlizadə və Azər Əliyev küçələrinin əhatəsindəki kvartalda şirkət tərəfindən hərəsi bir girişli 4 binanın tikintisi nəzərdə tutulmuş, onlardan 2 binanın tikintisi dayandırılmışdır. (İcraçı-Baku Rifah MMC)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Natiq Şahbazov (Dağıstan) 25 ünvanında şirkət tərəfindən hərəsi bir girişli 5 binanın tikinti işləri yekunlaşdırılmış, binadaxili təmir işləri aparılır. (İcraçı- “Servis” MTK)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə C.Məmmədquluzadə, Y.Çəmənzəminli, N.Qardaşları və S.Rəhman küçələrinin əhatəsindəki kvartalda şirkət tərəfindən hərəsi bir girişli 11 binanın tikintisi nəzərdə tutulmuş, onlardan 1 binanın tikinti işləri davam etdirilir. (İcraçı- “Pilot-16” MMC)
“Lider FN”,“Adara Baku”, “Kapital City (Anima)” şirkətlərində də işlər davam etdirilir. “Invest.M” MMC-də müvafiq sənədləşmə işləri aparılır.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik üzrə vətəndaşların müraciətləri daim nəzarətdə saxlanılmış, səyyar görüşlərdə, keçirilən qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi və müvafiq izahatların verilməsi təmin olunmuşdur. Nümayəndəliyə dövlət qurumlarından 18 məktub, vətəndaşlardan isə 37 ərizə daxil olmuşdur. Eyni zamanda vətəndaşlar tərəfindən edilən müraciətlərə əsasən qanunvericiliyə uyğun olaraq nümayəndəlik tərəfindən onlara yaşayış yerindən 17 arayış verilmişdir. Nümayəndəlik tərəfindən mütəmadi olaraq ərazinin sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlanılmış,ərazidə olan zibil qutularında, urnalarda zibilin yığılıb qalmaması üçün əraziyə xidmət göstərən MKİS-lərə müvafiq tapşırıqlar verilmişdir.
28 May küçəsi və Bül-Bül prospekti boyunca piyada səkilərinə müasir standartlara uyğun tamet daşları döşənmişdir. Şəmsi Bədəlbəyli, Azadlıq prospekti, Bülbül prospekti, Mirzəağa Əliyev küçələrinə velosiped zolaqları çəkilmişdir. Opera və Balet teatrının əsaslı təmir işləri 2024-cü ildə də davam etdirilir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazinin “PMD GROUP” şirkəti tərəfindən sökülərək müasir formada tikintisi davam etdirilir.
“Kubinka” adlanan ərazidə yerləşən C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, S.Əsgərov, Mərdanov qardaşları, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 188 saylı, 16.09.2020-ci il tarixli sərəncamı ilə “Vialon” MMC-nin istifadəsinə verilmişdir. İndiyədək ərazidə yaşayan 100-dək ailə şirkət tərəfindən köçürülmüşdür. Hal-hazırda şirkətlə ərazidə yaşayan sakinlər arasında danışıqlar prosesi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarına əsasən Nəsimi rayonunda, eyni zamanda inzibati ərazidə pilot layihələr üzrə “Pilot İnşaat-A” MMC və “Məkan” MMC tərəfindən işlər yekunlaşdırılmış, “Malibo” MMC və “Yeni Ailə” MMC tərəfindən işlər davam etdirilir. “Tac 1 Residence” MMC tərəfindən müvafiq sənədləşmələrlə bağlı işlər dayandırılmışdır.
“Vağzal Meydanı” ərazisində piyadaların təhlükəsiz şəraitdə gediş-gəlişinin təşkil edilməsi üçün dövlət qurumları tərəfindən nəqliyyat vasitələrinin meydana girişi məhdudlaşdırılmış, orada yaradılmış parking xidməti ləğv olunmuşdur. Dəmiryol Vağzalının qarşısında isə sərnişinlərin qarşılanma və yola salınması üçün parking yaradılmışdır.
Birinci rübdə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən I rübdə rayon ərazisində yerləşən yaşayış binalarının fasadlarında əsaslı təmir-bərpa işləri aparılmış, giriş qapıları və pəncərələri, suaxıdıcı boruları dəyişdirilmişdir.
I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəprlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.
İlin I rübü qış mövsümünə təsadüf etdiyindən, bu dövr ərzində MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 147 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.
Rayon ərazisindəki küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.
Hər gün ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.
Əhali tərəfindən və aidiyyəti dövlət orqanlarından sanitar-təmizlik işlərinin vəziyyətinə dair müraciətlərə vaxtında münasibət bildirilmiş, işlərin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbul məntəqələri xüsusi konteyner və qutularla təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.
Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.
2024-cü ilin I rübündə rayonumuzun ərazisində “Yeni il bayramı”, “Novruz bayramı” və “20 Yanvar Ümumxalq hüzn” günlərində keçirilən tədbirlərə lazımi sanitar təmizlik təmin olunmuşdur.
MKTB-də işləyən işçilərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirilmişdir. Onların əmək alətləri və iş paltarları ilə təmin olunması, işçilərə əmək haqlarının vaxtında ödənilməsi həyata keçirilmişdir.
2024-cü ilin 3 ayı ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
03.01.2024-cü il tarixdə Nəsimi rayonunda “Heydər Əliyev İli” nin yekunu çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorun müdiri, musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak etmişdir. Tədbirdə Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestriylə birgə çıxış etdilər. Konsert Ş.Ələkbərovanın repertuarından C.Cahangirovun “Füzuli” kantatasının ifası ilə başlamış, daha sonra Azərbaycan bəstəkarlarının vokal və irihəcmli instrumental əsərlərinin ifası ilə davam etmişdir.
09.01.2024-cü il tarixdə Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı ünvanda binanı əhatə edən həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətlərin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Bayram tədbiri zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib. “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kollar əkilib, yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 149 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
19.01.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Aparatın məsul əməkdaşları, QHT sədrləri, 20 Yanvar və Vətən müharibəsi şəhid ailələri və əlilləri, rayonun idarə müəssisə rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, Ağsaqqallar Şurasının sədri və gənclər iştirak etmişdir. İlk olaraq şəhid ailələri ilə süfrə arxasında səmimi söhbət edilmiş, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin girişində şagirdlərin hazırladıqları 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva 20 Yanvar faciəsinin əhəmiyyətindən danışdı. Sonra 20 Yanvar hadisələrini əks etdirən film təqdim olundu. Daha sonra tədbirdə məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompazisiyalar nümayiş etdirildi. Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə ərzaq bağlamaları verilmişdir. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər.
31.01.2024-cü il tarixdə 2 Fevral – Gənclər günü münasibətilə Nəsimi rayonunda “Niaqara” restoranında bayram tədbiri keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, ali təhsil müəssisələrinin rəhbərləri, QHT sədrləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ictimai-siyasi həyatında gənclərin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən də danışdı. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, müxtəlif nominasiyalar üzrə 54 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu. Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatdı. Sonda xatirə şəkilləri çəkildi.
12.02.2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 350-dən artıq sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Moskva prospekti 72 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 72 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m-ə yaxın asfalt, 700 kv.m-ə yaxın tamet daşı vurulub, 500 kv.m-dən artıq qazon salınıb, 450 p.m yeni bardürlər qoyulub, 200 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı və 500-ə yaxın müxtəlif növ gül kolları əkilib. Yaşıllıqların suvarılması üçün 150 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
Rayon ərazisində hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.
20.02.2024-cü il tarixdə Nəsimi rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “adlı” tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin üzvləri, rayonun ümumtəhsil, məktəbəqədər, səhiyyə müəssisələrinin əməkdaşları və rayon gəncləri iştirak edib.Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısının imzaladığı sərəncamın icrası ilə bağlı Nəsimi Bələdiyyəsində tədbirlər planının hazırlandığını bildirmiş və il ərzində tədbirlər planının icrasının təmin olunacağını qeyd etdi. Nəsimi rayon gənci Azər Quliyev bu sərəncamın ölkəmizə böyük tövhələrin veriləcəyindən danışdı. Tədbirdə digər çıxış edənlər sərəncamın icrası ilə əlaqədar yerlərdə bu yöndə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışlar. Tədbirin sonunda iştirakçılara təkliflər və qarşıda duran məsələr barədə tövsiyyələr verilib.
21.02.2024-cü il tarixdə Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dili –milli varlığımızdır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, digər qonaqlar və məktəbin pedaqoji kollektivi iştirak edib.Tədbir iştirakçıları milli–mənəvi dəyərlərimizə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmiş, sonra Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə məktəbin şagirdlərinin ifasında müxtəlif kompazisiyalar nümayiş etdirildi. Tədbirdə çıxış edənlər Azərbaycan dilinin saflığının qorunub- saxlanması,dilimizə olan dövlət qayğısı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması barədə danışmışlar.Sonda xatirə şəkili çəkilib.
26.02.2024-cü il tarixdə bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
26.02.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş “Xocalı biz qayıtmışıq!” adlı tədbir keçirilib. Tədbirdə RİH Başçısı, rayonun ictimai təşkilatlarının nümayəndələri, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları məktəbin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgiyə tamaşa edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş kompazisiya nümayiş olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur. Tədbirdə Xocalı sakinlərinə ərzaq bağlamaları verilib. Tədbirin sonunda xatirə şəkili çəkilib.
04.03.2024-cü il tarixdə Bakı Slavyan Universitetində “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları ” mövzusunda elmi seminar təşkil olunub. Seminarda rayon aktivləri və gənclər, eyni zamanda pedaqoji heyət iştirak edib. Seminarı giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlərdən söz açıb. Rektor ermənilərin ekoloji terror siyasəti ilə bağlı tarixi faktları diqqətə çatdırıb. O, ermənilər tərəfindən törədilən terrorların tarixi və mahiyyətini gənc nəslin nümayəndələrinə öyrətməyin professor-müəllim heyətinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu deyib. A.Nağıyev Böyük Qayıdışın iştirakçısına çevrilməyin verdiyi qürur hissindən söz açaraq işğaldan azad olunmuş ərazilərmizdə ekoloji kontekstdə yeni bir dövrün başlanğıcının qoyulduğunu qeyd edib. Rektor bu kontekstdə olan mövzuların elmi müstəvidə müzakirəsinin davamlı olmasını arzulayıb. Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov belə əhəmiyyətli mövzuda elmi seminara dəvət edildiyinə görə universitet rəhbərliyinə təşəkkür edib. O, öz xatirələri və tarixi faktlar əsasında erməni xislətinin mahiyyətindən söz açıb. Ermənilərin tarix boyu yaşadıqları müxtəlif ərazilərdə terrorlar törətdiyini qeyd edib. Tarixi faktları öyrənməyin əhəmiyyətindən danışan Anar İsgəndərov tarixi yaddaşımızı daim yeniləməli olduğumuzu bildirib. Digər çıxış edənlər Vətən müharibəsi dövründə ermənilərin beynəlxalq humanitar hüququ pozaraq qadağan olunmuş raketlərdən istifadə etməsinin ekoloji terrorun bariz nümunəsi olduğunu vurğulayıb. Düşmənin yaratdığı ekoloji problem və təhdidlərin mahiyyəti barədə ətraflı şəkildə məlumat veriblər.
05.03.2024-cü il tarixdə 5 mart Bədən tərbiyəsi günü münasibətilə 164 nömrəli tam orta məktəbdə müxtəlif növ idman yarışları keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, məktəbin pedaqoji kollektivi, şagirdləri və valideynləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib. Sonra məktəbin şagirdləri arasında I, II və III yerlər uğrunda idman yarışlarına start verilib. Sonda qalib komandalar müəyyən edildikdən sonra onlara kubok, medal və diplomlar verildi.Sonda xatirə şəkili çəkilib.
07.03.2024-cü il tarixdə 8 Mart –Beynəlxalq Qadınlar günü münasibətilə Niaqara restoranında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, YAP Nəsimi rayon təşkilatının rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar, şəhid ailələri və Vətən müharibəsində əlil olanların ailə üzvləri iştirak ediblər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı bayram münasibəti ilə bütün qadınları təbrik etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur, beynəlхalq nüfuzu daha da möhkəmlənir. Çıxış edən şəhid anaları onlara yaradılan şəraitə görə ölkə başcısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq etdilər. Sonda rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olundu, tədbir bədii hissə ilə davam etdirildi.
11.03.2024-cü il tarixdə Nəsimi rayonu E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə “Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması istiqamətində ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsindəki vacib rolu” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova açaraq, tədbirin əhəmiyyəti barədə məlumat verdi. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini çıxış edərək bildirdi ki, valideyn məsuliyyəti valideyn üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bölgüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması və müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir. Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır. Sonra Uşaq İnkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva hazıradığı “Valideynlik məsuliyyətimiz” adlı təqdimatı tədbir iştirakçılarına təqdim etdi. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
13.03.2024-cü il tarixdə Nəsimi rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Palitra" rəsm studiyasında “Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, valideyn qayğısı - sağlam gələcək” adlı konfrans keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, valideynlər, istedadlı şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları gənc rəssamların əl işlərinə tamaşa ediblər. Hər iştirakçı öz avtoportretini xəyalındakı obrazda çəkərək rəngarəng və biri-birindən maraqlı rəsm əsərləri çəkiblər. Gənclər bu obrazlarda özlərini nağıllar aləmində, rəssamların əsərlərində, keçmişdə, gələcəkdə və s. təsvir etməklə qadınların həyatımızdakı rolunun nə qədər vacib olduğunu bir daha göstərmək istəyiblər. Qadınlar dünyanın bəzəyidir. Hər bir qız gələcəyin gözəl qadını, anası, müəllimi, həkimidir. Hər bir rəsmdə maraqlı detallar, fərqli düşüncələr və ən əsası qəhrəman qadın təsvir olunub.Tədbiri giriş sözü ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti açaraq, bildirdi ki, rayonda istedadlı uşaqlar yetişir və bu uğur bizi çox sevindirir. Çünki uşaqlar bizim gələcəyimizdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Sonda rayonun şagirdləri öz istedadlarını nümayiş etdiriblər.
14.03.2024-cü il tarixdə Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin sağlam həyat tərzi ilə bağlı “Sağlamlığı qoruyaq sağlam vətəndaş olaq!” adlı maarifləndirici tədbir keçirilib. Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işləri və rəsmləri ilə tanış oldu, şagirdlər öz əl işləri barədə ətraflı məlumat verdilər. Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Natiq şagirdlərin və müəllimlərin müasir dövr üçün aktual olan bu tədbirin həyata keçirilməsində rolunu dəyərləndirdi və tədbirin həyata keçirilməsində fəal iştirak edən bir qrup müəlim və şagirdlərə fəxri fərman təqdim etdi.
16.03.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş ağacəkmə aksiyası keçirib. Aksiya Nəsimi rayonunda yerləşən Zorge bağında təşkil olunub. 100-dən çox əməkdaşın iştirakı ilə sözügedən ərazidə təbii sərvətlərimizi qorumaq məqsədilə 300-ə yaxın “pramidal sərv” ağac növündən olan ağaclar əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb. Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.
18.03.2024-cü il tarixdə Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib. Teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Kitab Mərkəzinin əməkdaşları, 1 Saylı Uşaq Evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin həmçinin Nəsimi rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Tamaşa boyu uşaqların təqdimatında milli mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın ən gözəl bayramlarından olan Novruz bayramı ilə bağlı bir-birindən maraqlı nağıl kompozisiyalar və rəqslər nümayiş edilib. Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək bütün iştirakçıları, uşaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib və tədbirlə bağlı öz gözəl fikirlərini bildiriblər. Tədbiri keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri dəyərləndirməklə gələcək nəsilə ötürməkdir. Tədbirin sonunda xatirə şəkili çəkilib.
18.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin rayon Ağsaqqallar Şurası ilə birgə tədbiri keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, RİH-nin məsul əməkdaşları və rayon Ağsaqqalar Şurasının idarə heyətinin üzvləri iştirak edib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı açaraq, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskiyə, Bakı Tikiş Evi ASC-nin sədri Fidail Rəhimova və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevə yubiley medalı təqdim olundu.Təltif olunan şəxslər göstərilən etimada görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, Respublika Ağsaqqallar Şurası və rayon Ağsaqqallar Şurası tərəfindən 3 nəfər ağsaqqala yubileyləri münasibətilə, bir qrup ağsaqqallara isə rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi. Tədbirin sonunda Ağsaqqalar Şurasının bir qrup üzvlərinə Novruz bayramı münasibətilə ərzaq bağlaması verilmişdir.
19.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bəyaz Saray” restoranında Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz və sağlam cəmiyyət” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, təşkilat və müəssisələrinin rəhbərləri, Vətən Müharibəsi Şəhid ailələri, qazilər, QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Bu bayram xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirir və bütün dünyaya tanıtdıran qədim el bayramıdır. Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşılır, Novruz bayramının yüksək səviyyədə keçirilməsi təmin edilir. Novruz bayramı gələcəyə inam hissi aşılayır, könülləri oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır. Tədbirdə şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Nəsimi RİH başçısı şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb. Şəhid ailələri və Vətən müharibəsi əlilləri Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqqiliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə sosial qayğının göstərilməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Novruz bayramı Müqəddəs Ramazan ayına düşdüyündən mərasimdə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub. Tədbir konsert proqramı ilə davam etdirilmişdir. Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, həmçinin 2000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.
29.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Universitetinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Azərbaycan Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, universitetin pedaqoji kollektivi və rayon gəncləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin soyqırıma həsr olunmuş əl işləri ilə tanış olublar. Sonra soyqırım qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan Universitetin elmi işlər üzrə prorektor, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov tədbirin əhəmiyyətindən danışdı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək qeyd etdi ki, 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır! Sonra Azərbaycan Universitetinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura II kurs tələbəsi Günel Qurbanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev, Azərbaycan Dillər Universitetinin Təhsil- 2 fakültəsinin IV tələbəsi Jalə Eyvazova çıxışlarında bildirdilər ki, tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir. Ümumiyyətlə, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir. Tədbirin sonunda 31 Mart-Azərbaycanlıların Soyqırımına həsr olunmuş video-çarx nümayiş etdirilib.
29.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, Nəsimi Bələdiyyəsinin, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərləri, təhsil, səhiyyə işçiləri və gənclərin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanunvericilik prosesinin iştirakçısına çevrilməsindən danışıb. Şura sədri iclas iştirakçılarına əvvəlki iclasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb və qeyd edib ki, iclasda qaldırılan problemlər, verilən təkliflər rəsmi şəkildə İcra Hakimiyyətinə çatdırılıb, həmin məsələlər artıq həll olunub. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini çıxış edərək müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun və fəallığının artırılmasının vacibliyini vurğulayıb. Daha sonra İctimai şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər. Görüş müzakirələrlə davam edib.
Respublikanın digər rayonlarında olduğu kimi Nəsimi rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri daima diqqət mərkəzində saxlanılır və onları narahat edən bütün məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Nəsimi rayonunun inzibati ərazisində qeydiyyatda olan 27 Vətən müharibəsi şəhidinin ailəsi və 58 Vətən müharibəsi əlili RİH-nin himayəsindədir. 2024-cü ilin ilk rübü ərzində RİH-nin rəhbərliyi və məsul əməktaşları tərəfindən həssas təbəqə və onların ailə üzvləri ilə 473 dəfədən artıq görüşlər keçirilmişdir. Şöbəyə 92 yazlı və 88 şifahi müraciət daxil olmuşdur. Ən çox üstünlük təşkil edən müraciətlər arasında şəhid adının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması, maddi yardım olunması, yolların asfaltlanmasına köməklik, müharibə veteranlarının mənzil növbəsinə götürülməsi və digər müraciətlər olmuşdur. Daxil olan bütün müraciətlər şöbə tərəfindən araşdırılmış və həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Nəsimi rayon ərazisində qeydiyyatda olan 6 şəhid ailələsi və 3 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə qəbul olunmuşdur.
2024-cü ilin ilk rübü ərzində mənzil növbəsində olan 3 Vətən müharibə əlili Dövlət tərəfindən mənzil ilə təmin olunmuşdur. Müracitləri əsasında 1 qaziyə yeni təmin olunduqları mənzillərə daşınmaları üçün mebel dəstləri hədiyyə olunmuşdur.
Ötən illərdə olduğu kimi əlamətdar günlərdə (Novruz, Ramazan, 8 Mart və s.) şəhid ailələri və qazilərə maddi yardım təqdim olunmuş,RİH-nin təşkılatçılığı ilə rayonda fəaliyyət göstərən “KARAT” Holdinq tərəfindən 20 şəhid ailəsinə 5 il müddətində aylıq müavinətin veriməsi davam etdirilmişdir. 9 ailənin kommunal ödənişlərinin ödənməsində köməklik göstərilmişdir. Əlamətdar günlərdə ehsan və bayram süfrələri təşkil olunmuş şəhid ailələri və qazilərin bu süfrələrdə iştirakı təmin olunmuşdur. Bütün il boyu olduğu kimi Hər həftənin cümə axşamları Şəhidlərimizizn dəfn olunduğu məzarlıqlar ziyarət olunmuş (II Fəxri Xiyaban, Digah kənd qəbristanlığı, Hökməli kənd məzarlığı) Şəhidlərimizin anım və mövlüd günləri ailələr ilə birlikdə qeyd edilmiş verilən ehsanlarda iştirak olunmuşdur. O cümlədən şəhid atası Rzayev Fikrətin və qazi atası Babayev Qüdrətin dəfn və yas mərasimləri təşkil edilmişdir. Şəhid Babaxanov Elman Ağamirzə oğlunun qızı Asenanın və Şəhid Əliyev İmran Əli oğlunun qızı Dənizin doğum günlərində ailələr ziyarət olunmuş və uşaqlara hədiyyələr təqdim olunmuşdur.
Hesabat dövründə rayonun üquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Cari ilin 3 ayı ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİHk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Rrezidentinin imzaladığı Fərman və Sərəncamların, Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə 2023-cü il üçün İş Planı təsdiq edilmişdir. Təsdiq edilmiş illik İş Planı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Hazırda bu sahələr üzrə zəruri tədbirlər həyata keçirilməkdədir. Milli Fəaliyyət Planının icrası ilə bağlı sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşlərdə, xüsusilə səyyar qəbullarda həyata keçirilən tədbirlərin geniş təşviqi, ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə işlər görülməkdədir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilir.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının (Prioritet 2.Korrupsiyanın arşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər) 2.17 bəndnin icrası ilə əlaqədar 2024-cü ildə Nəsimi rayon İcra Hakimiyyəti üzrə “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə RİH başçısının müvafiq sərəncamı ilə “İşçi qrupu” yaradılmış işçi qrupu tərəfindən müvafiq işlər aparılır.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat dövründə nəzarət qaydasında , korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr keçirilmiş, fərdi söhbətlər aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. Keçən dövrdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
2024-cü ilin 3 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2024-cü ilin 3 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 957 ərizə və müraciət (2023-cü ilin 3 ayı 769 ərizə) daxil olmuşdur.
Onlardan 202-i Prezidentin Administrasiyasından,
5-i Milli Məclisdən,
8-i Nazirlər Kabinetindən,
141-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
601-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 43-ü təkrar, 49-u kollektiv ərizələrdir.
«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müraciətlərə vaxtında baxılması təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2024-cü ilin 3 ayı ərzində 12 səyyar qəbul keçirilmiş,1300-ə yaxın sakinin iştirak etdiyi qəbullarda131 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Yerlərdə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanmışdır.
07.01.2024-cü il tarixində 1-ci mkr. A.Məhərrəmov küşəsi 72 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 75 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
10.01.2024-cü il tarixində Moskva pr.66 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 55 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
16.01.2024-cü tarixində “Central Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 90 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
23.01.2024-cü il tarixində 268 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
02.02.2024-cü il tarixində Cavadxan küçəsi 21 Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 80 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
14.02.2024-cü il tarixində 35 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 180 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
20.02.2024-cü il tarixində “Winter Park” Hoteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 18 nəfərin müraciəti dinlənilmişdir.
23.02.2024-cü il tarixində 247 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 110 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
01.03.2024-cü il tarixində Cavadxan küçəsi 36 Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 40 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.
05.03.2024-cü il tarixində 42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 160 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
12.03.2024-cü il tarixində 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 130 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
15.03.2024-cü il tarixində 159 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 160 nəfər iştirak etmiş, 15 nəfərin müraciəti dinlənilmişdir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən 2024-cü il ərzində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.