Nəsimi rayonunda 26 noyabr Kəlağayı günü ilə əlaqədar “Nənələrdən miras qalan ismətimdir kələğayı” adlı III Kəlağayı Festivalının yekun tədbiri keçirilib.
Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nənələrdən miras qalan ismətimdir kələğayı” adlı III Kəlağayı Festivalının yekun tədbiri keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Bakı şəhərinin Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və valideynlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib.
Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifalarında rəngarəng mahnılar və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Tədbirin sonunda qalib şagirdlər diplom və sertifikatlarla təltif olunmuş və xatirə şəkili çəkilib.