Nəsimi rayonunda 27 sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
27 sentyabr 2026 | 12:33
27 sentyabr- Anım Günü ilə bağlı Vaqif prospektində yerləşən parkda ağacəkmə aksiyası keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib. Aksiya zamanı 100-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, mövcud olan ağaclara aqrotexniki qulluq göstərilib.






