Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 28 may- Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

27 may 2025 | 08:55

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 may- Müstəqillik Gününə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının məsul əməkdaşları, rayon ziyalıları, rəssamlar və  gənclər  iştirak edib.

Əvvəlcə gənclərin 200-ə yaxın əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, 28 May - Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıyır. Xüsusi vurğulayıb ki,  bu gün müstəqil Azərbaycanın yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri var. Ulu Öndərin siyasi kursuna sadiq qalan qalib xalqın Prezidenti İlham Əliyev ata vəsiyyətinə yerinə yetirərək, Qarabağı xalq-iqtidar birliyi ilə geri qaytarıb. Cənab İlham Əliyevin gənclər siyasəti sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına tam zəmanət verir və ölkəmizdə gənclərin istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir.

Tədbirdə çıxış edənlər bildirdilər ki, tədbirin keçirilməsində məqsəd gəncləri vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqdır. Həmçinin  Azərbaycan Ordusunun gücünü, iradəsini gənc  nəslə təbliğ etmək,   zəfər tariximizi gənclərdə  daha dərindən öyrətmək, yaradıcılıq  təfəkkürünün  inkişafina şərait yaratmaq, gənc istedadları  üzə çıxarmaqdan ibarətdir.

Sonda gənclərə diplom və hədiyyələr təqdim olunub, habelə dərnək üzvlərinin ifasında şeir, mahnı və rəqslər nümayiş etdirilib, xatirə şəkli çəkdirilib.

Keçidlər