Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 3 dekabr- Beynəlxalq Əlillər günü münasibətilə silsilə tədbirlər davam edir.

04 dekabr 2023 | 10:48

Nəsimi rayonunda fəaliyyət göstərən "3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi"ndə 3 dekabr –Əlillər günü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayonda təhsil alan şagirdlər, eyni zamanda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib.

Qonaqlar əvvəlcə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işindən ibarət sərgi ilə tanış olublar. Sonra mərkəzin dərnək üzvlərinin iştirakı ilə konsert proqramını izləmişlər. Rəngarəng rəqslər və mahnılar uşaqlara xoş ovqat bağışladı.

Hər il olduğu kimi bu ildə rayonumuzda həm təhsil alan, həm də yaşayan xüsusi qayğıya ehtiyacı olan şagirdlər rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən diqqət və qayğı göstərilir. Belə ki, 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin xidmətlərinə nəzər salsaq da görürük ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur. 1994-cü ildən Ulu öndər Heydər Əliyevin sərəncamı ilə əlillər günü qeyd edilir.

 Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunur və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu təbəqədən olan böyüklərə həmdə uşaqlara hər zaman öz qayğısını əsirgəmir. Onları bütün vətəndaşlar kimi rifahının yaxşılaşdırılması,  problemlərinin həlli daim diqqət mərkəzindədir.

Keçidlər