Nəsimi rayonunda 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və Yeni təqvim ili münasibətilə Vətən müharibəsi Şəhid ailələri ziyarət edildi.
Bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır.
44 gün sürən Vətən Müharibəsi bizim əvəzolunmaz tariximiz, şəhidlər və qazilər inam mənbəyimizdir. Dövlətimiz şücaətli övladlarını daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna dərin ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil etməkdir.
Nəsimi rayonunda da daim şəhid ailələrinə, qazilərinə yüksək həssaslıqla yanaşılır, həmişə diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin optimal surətdə həll olunması daim diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 31 dekabr - Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələrini ziyarət etmişlər. Öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.