Nəsimi rayonunda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.
Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Dilimiz həmrəyliyimiz, həmrəyliyimiz birliyimiz, birliyimiz gücümüzdür” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğulların müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı çıxışında “Dilimiz həmrəyliyimiz, həmrəyliyimiz birliyimiz, birliyimiz gücümüzdür” adlı tədbirin əsas mövzusunun dünya azərbaycanlılarının ortaq nöqtəsi olan Azərbaycan dili olduğunu vurğuladı.
Məktəbin direktoru Əzizə Abasova qonaqları salamladı və tədbiri açıq elan etdi.
Tədbir zamanı şagirdlər Azərbaycan xalqının, Azərbaycan dilinin keçdiyi tarix yolunu öz səhnəciklərində canlandırdılar.