Nəsimi rayonunda “5 mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar müxtəlif idman yarışları keçirilib.
Nəsimi rayonunda yerləşən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında müxtəlif növ yarışlar keçirilmişdir. Tibb Universitetinin akt zalında Dama və basketbol yarışlarında qaliblərin mükafatlandırma tədbiri həyata keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov və əməkdaşlar iştirak etmişdirlər.
Tədbirdə bildirilmişdir ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.
Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilmiş, tələbələr və gənclərlə xatirə şəkili çəkilmişdir.
Eyni zamanda Nəsimi rayon ümumtəhsil müəssisələrində müxtəlif növ idman yarışları keçirilmiş, qalib komandalar müxtəlif diplomlarla təltif olunmuşdur.