Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “5 mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar tədbir keçirilib.

04 mart 2024 | 11:00

Nəsimi rayonunda yerləşən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında müxtəlif növ yarışlar keçirilmişdir. Keçirilən yarışlara 2000-dən artıq gənc qatılmışdır. Mükafatlandırma tədbiri Tibb Universitetinin akt zalında həyata keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Gənclər və idman sektorunun müdiri Yusif Babanlı, ATU-nun prorektoru Tağı Əhmədov, ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov və əməkdaşlar iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə ATU-nun “Təbib” İdman Klubunun sədri  Qələndər Aslanov açmışdır.

Daha sonra rayon İcra Hakimiyəti başçısının birinci  müavini çıxış edərək bildirmişdir ki, dövlət başçısının 4 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin məhz həmin günündə ümummilli lider Heydər Əliyevin İdman Fondunu təsis etməsi Azərbaycanda layiqli ənənələri olan bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Cənab İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Birinci vitse-prezident, Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədən tərbiyəsinin kütləviləşməsinə və idmanın inkişafına qayğısı da öz töhfələrini verir. Son illərdə Azərbaycanda əksər bölgələri də əhatə edən 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib.

Eyni zamanda qeyd olundu ki, Universitetin tələbələrinin idman sahəsindəki uğurlarının təsadüfi olmadığını, Ali təhsil müəssisələrində bunun üçün hər cür şərait yaradıldığını vurğulamış, Azərbaycan gəncliyinin sağlam olması və ardıcıl inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasını qeyd etmişdir.

Digər çıxışçılar bildirdilər ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. 

Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilmiş, tələbələr və gənclərlə xatirə şəkili çəkilmişdir.

Keçidlər