Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

05 oktyabr 2026 | 17:08

Nəsimi Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Nəsimi Rayon Komitəsinin, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin birgə təşkilatçılığı ilə 151 saylı tam orta ümumtəhsil məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülarə Verdiyeva, Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi, polkovnik leytenant Ceyhun Əliyev və rayonun pedaqoji kollektivlərinin nümayəndələri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər zaman müəllimlik peşəsini uca tutub, Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı göstərib.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri sayəsində ölkə təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu xüsusi vurğulanıb.

Tədbir məktəblilərin rəngarəng musiqi nömrələri ilə davam etdirilib, sonda müəllimlərin bir qrupuna xatirə  hədiyyələri təqdim olunub.

 

Keçidlər