Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “8 noyabr -Şanlı Zəfər tarixi” adlı tədbir keçirilib.

06 noyabr 2023 | 10:04

Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəb , 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin  birgə təşkilatçılığı ilə 8 noyabr Şanlı Zəfər tarixi adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, məktəbin pedaqoji kollektivi, dərnək üzvləri və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edldi.

Tədbiri giriş sözü ilə açan 42 saylı məktəbin direktoru Firəngiz Həmidova tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov bildirdi ki,  8 noyabr- Zəfər Günü ​ Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış çox mühüm tarixi ​ hadisədir. 44 günlük müharibə nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bugün hər birimiz qürurla deyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik.

Tədbirdə şəhid ailələri - general Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, Lətifə Novruzova və Yeganə Həsənova dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. 

Tədbirin bədii hissəsində 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin və 42 saylı tam orta məktəbin şagirdlərinin ifasında şerlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat bağışladı.

Keçidlər