Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

06 noyabr 2026 | 11:17

8 noyabr – Zəfər Günü ərəfəsində rayonun 28 May küçəsi, Moskva və Vaqif prospektlərində yerləşən park və yaşıllıq zolaqlarında, həmçinin Zəfər bağında ağacəkmə aksiyası keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya zamanı 400-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ kollar əkilib, mövcud ağaclara isə aqrotexniki qulluq göstərilib.

Keçidlər