Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 noyabr “Zəfər Günü” münasibətilə Şəhid ailələri və qazilərlə görüş keçirilib.

07 noyabr 2023 | 15:42

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Zəfər Günü” bayramının üçüncü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Nizami Kino Mərkəzində Şəhid ailələri və qazilərlə görüş keçirilib.

Əvvəlcə iştirakçılar mərkəzin foyesində təşkil olunmuş rayon Yaradıcılıq mərkəzlərinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, sonra şəhid ailələri və qazilərlə süfrə arxasında görüş keçirilmişdir.

Görüş zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır.

Bildirildi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Şəhid alələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər