Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

03 sentyabr 2025 | 16:01

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində, 20 Yanvar küçəsi 15, 31, H.Seyidzadə küçəsi 33, M.Cəlal küçəsi 35, H.B.Əliyev küçəsi 12, 14, 15, 16 ünvanlarda yerləşən yaşayış binalarının fasadları təmir olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir, dam örtükləri, giriş qapılar və pəncərələr yenilənir, bina girişləri təmir olunur, pilləkənlər aqlay daşla üzlənir, qəzalı vəziyyətdə olan eyvanlar əsaslı təmir olunur.  

Keçidlər