Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində, Feyzulla Qasımzadə küçəsi 21 ünvanında səkidə təmir işləri aparılaraq yeni oturacaqlar və kiçik tutumlu zibil konteynerləri quraşdırılıb, yeni yaşıllıq zolağı salınaraq qazon döşənib, mövcud ağac və yaşıllıqlara aqrotexniki qulluq olunub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilir.