Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.
14 fevral 2025 | 12:18
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işlərinə başlanılıb.
Hazırda, Nəsmi rayonu Tbilisi pr. 54, H.B.Əliyev və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən parklarda tamet daşlarının yenilənməsi, oturacaqların rənglənməsi, uşaq oyun elementlərinin, idman qurğularının bərpa olunması işləri davam etdirilir.