Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.
23 sentyabr 2025 | 12:18
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların, səkilərin əsaslı təmiri və asfaltlaşması istiqamətində işlər uğurla davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində, H.B.Əliyev küçəsi 9 ünvanında yerləşən yaşayış binasının fasadı təmir olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir, dam örtükləri, giriş qapılar və pəncərələr yenilənir. Hazırda həyətyani sahəyə yeni bardürlər düzülərək asfalt vurulması işlərinə başlanılıb.






