Nəsimi rayonunda abadlıq-quruculuq və asfaltlaşma işləri davam etdirilir.
23 aprel 2025 | 10:52
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində, Hənifə Ələsgərov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yararsız vəziyyətə düşmüş istinad divarları əsaslı təmir edilib, bardürlər düzülərək yeni səkilər yaradılıb, ərazidə asfaltlaşma işləri aparılıb.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilir.