Nəsimi rayonunda abadlıq və quruculuq işləri davam etdirilir.
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində 700-ə yaxın sakinin yaşadığı Cavadxan küçəsi 19 və 23 a saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 12 ədəd giriş qapısı və 48 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binaların giriş hissələri aqlay daşla üzlənib.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Rayon ərazisində hər həftənin şənbə günü müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.